"Demək olar ki, bütün günü evdəyəm. Arada ərzaq üçün çölə çıxıram".
Bu fikirləri "Səbail"ın futbolçusu Rauf Əliyev deyib.
31 yaşlı hücumçu hazırkı durumun onun üçün darıxdırıcı olduğunu bildirib: "Evdə çox qalmaq çətindir, amma qaydalara riayət etmək lazımdır. Mən də digərləri kimi virusdan qorunmaq üçün nə lazımdırsa, edirəm".
Əliyev çempionatın ləğvi və belə olacağı təqdirdə avrokuboklara vəsiqənin necə müəyyənləşdirilməsi barədə də fikirlərini bölüşüb: "Premyer Liqanın davam etməsini istəyirik, amma indiki vəziyyətdə hər şeyin ne olacağını heç birimiz bilmirik. Çempionat ləğv olunarsa, hazırkı pillələr üzrə avrokuboklara vəsiqə, məncə, doğru deyil".
Forvard koronavirus pandemiyasına görə bəzi klubların oyunçuların məvaciblərini azaltmaq ehtimalına da münasibət bildirib: "Necə məsləhət görəcəklərsə, elə də edəcəyik. Maaşın azaldılması mənim üçün problem deyil. Rəhbərlik nə məsləhət bilsə, onu da edəcəyəm".
Mövsümün sonunda klubla müqaviləsi başa çatan Əliyev bildirib ki, "Səbail"də hər şey onun üçün yaxşıdır: "Qismət olarsa, karyerama burada davam etmək istəyirəm".
Qeyd edək ki, Rauf Əliyev bu ilin əvvəlində qış transfer dönəmində "Neftçi"dən "Səbail"ə keçib. Azərbaycan Premyer Liqası koronavirus pandemiyasına görə dayandırılıb. "Səbail" 20 turdan sonra 20 xalla 7-ci pillədə qərarlaşıb ("Report").
UEFA cəzanı azaltdı
"Araz-Naxçıvan" "Benfika"ya məğlub oldu
DÇ-2026-nın püşkü atıldı
“Real”ın müdafiəçisi sıradan çıxdı
FİFA-nın ilk Sülh Mükafatı Donald Trampa təqdim edildi
"Barselona" Alvaresi transfer etməkdən imtina etdi
Rodri “Real”la oyunu buraxa bilər
“Mançester Yunayted”in futbolçusu klubdan narazıdı
Misli Premyer Liqasında 14-cü turun hakimləri açıqlandı
“Qalatasaray”dan Metehan Baltacıya qarşı sərt addım
UEFA Ukrayna Futbol Assosiasiyasını cərimələdi
Moldova klubu baş məşqçisi ilə yollarını ayırdı
“Fənərbaxça” və “Beşiktaş” kubok oyununa itkilərlə çıxacaq
AFFA ilə PFF arasında Anlaşma Memorandumu imzalandı
“Bavariya”nın futbolçusu yaşıl meydanlara geri dönür
“Napoli” “Yuventus”la oyuna itki ilə çıxacaq
FİFA Trampı mükafatlandıracaq
“Fənərbaxça” onunla vidalaşmaq istəyir
"Arsenal" əkiz qardaşları transfer etdi
"Barselona" Qarsiya ilə müqaviləni uzatdı - Rəsmi
Azərbaycanda ayın ən yaxşı qollarının müəllifləri məlum oldu
Uqo Llorislə yeni müqavilə imzaladılar
"Titul qazanmağı kim istəməz ki?" - “Sumqayıt”ın Yankoviçi
Duşan Vlahoviç əməliyyat olundu
“Milan” kolumbiyalı müdafiəçi ilə razılaşdı
Balakişi Qasımov yenidən federasiya prezidenti seçildi
Laporta: "Real" gücü, "Barselona" isə azadlığı təmsil edir"
“Santos” Neymar üçün addım atdı