2019/20 mövsümündə “Qəbələ”nin futbolçuları 4 dubla imza atıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, bunlardan ikisi Premyer Liqa, ikisi Azərbaycan kubokuna təsadüf edib.
Qış fasiləsində komandanı tərk edən Davit Volkov hər iki turnirdə fərqlənməyə nail olub. Klesio Bauk kubok, Nikolas Raysel isə çempionat matçında iki top vurub. Sonuncu “qırmızı-qaralar”ın koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilə ərəfəsindəki son qarşılaşmada bunu bacarıb. O, “Sumqayıt”la ev oyununda (5:0) qonaqları iki dəfə məyus edib.
Ümumilikdə, “Qəbələ”nin tarixindəki dublların sayı 56-ya çatıb. Bunlardan 38-i Azərbaycan Premyer Liqasına təsadüf edib. Kubokda 11, birinci dəstədə 4, avrokuboklarda 3 dəfə bir futbolçu görüşü iki qolla başa vurub.
Dubla imza atan futbolçuların sayı isə 34-ə çatıb. Hər üç oyunçu – Volkov, Bauk və Raysel “Qəbələ”də ilk belə uğuruna cari mövsüm imza atıb. Bu göstəricidə mütləq rekord isə Baqali Daboya məxsusdur. O, 6 dəfə dubla sevinib. Kənan Kərimovun aktivində 4 belə matç var.
“Qəbələ”də 2 və daha çox dubla imza atanlar
1. Baqali Dabo – 6
2. Kənan Kərimov – 4
3-5. Dodo – 3
Yannik Kamanan – 3
Daniel Subotiç – 3
6-13. Rövşən Əhmədov - 2
Filip Ozobiç - 2
Vüsal Qarayev - 2
Viktor Mendi - 2
Sergey Zenyov - 2
Deon Barton - 2
Ceyms Adeniyi -2
Davit Volkov - 2
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!
Futbolumuzun Mikels qardaşları ilə - Reportaj
Benzema: "Peres qalsa, "Real"a qayıda bilərəm"
Tramp bu gün Ronaldo ilə görüşəcək
İspaniya - Türkiyə oyunu bu kanallarda
"Heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”
Keyn Peleni geridə qoydu
Almaniyanın 6 qollu qələbəsi - Video
DÇ-2026-nın daha iki iştirakçısı müəyyənləşdi
Yankoviç Xorvatiyaya qarşı oynadı
Almaniya, Çexiya və Niderlanddan darmadağın - DÇ-2026
“Mançester Yunayted”in hücumçusu bir ay oynamayacaq