"Barselona"nın sabiq prezidenti Emili Ruso Kataloniya klubunun rəhbərliyinin işini tənqid edib.
Qol.az xəbər verir ki, o, sport.es-ə açıqlamasında bununla bağlı deyib: "Fikrimcə, kimsə klubun kassasından pul oğurlayır. Ventures şirkəti üçün 1 milyon avro ödəndi, halbuki belə xidmətlərin bazar qiyməti 100 min avrodur. Bunu edən kimdir? Təbii ki, həmin şəxs rəhbərlikdəndir. Mən bilmirəm, o, məhz kimdir. Amma bəzi şübhələr var".
"Barselona" isə rəsmi saytı vasitəsi ilə bu ittihamları rədd edib.
Qeyd edək ki, ötən gün vitse-prezidentlər Emili Ruso, Enrike Tomas, direktorlar Silvio Elias, Mariya Teyşidor, Jozef Pont və İdarə Heyətinin katibi Jordi Klasamilya istefa verib.
Xatırladaq ki, "Barselona"nın prezidenti Josep Mariya Bartomeunun nüfuzunu qorumaq üçün 1 milyon avroya şirkət işə götürdüyü yazılmışdı. Şirkətin məqsədi sosial şəbəkələr vasitəsi ilə klub rəhbərliyinin imicini qorumaq, həmçinin klubun bəzi keçmiş və hazırkı oyunçuları tənqid etmək olub.
Adi Hütter “Monako”dan ayrıldı - Rəsmi
Azərbaycanın U-21 millisindən acınacaqlı məğlubiyyət
Fransa - Azərbaycan oyununun heyətləri açıqlandı
Azərbaycan şahmatçıları Ermənistana qalib gəldi
“Beşiktaş”da El Bilal Ture itkisi
Ötən ayın ən yaxşı baş məşqçisi seçildi
Merih Demiral “Fənərbaxça”ya qayıdır?
Çexiya - Azərbaycan: Heyətlər
Daniel Olmo İspaniya millisinin heyətindən çıxarıldı
“Araz-Naxçıvan” yoxlama oyununda heç-heçə etdi
“Milan”dan “Yuventus”a?
Rusiya o yarışa da buraxılmayacaq - UEFA-dan bildiriş
İngiltərədə ayın ən yaxşı məşqçisi seçildi
Emre Belözoğlunun yerinə o gətirildi
Premyer Liqada sentyabrın ən yaxşı futbolçusu məlum oldu
Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinə yekun vuruldu
1 saat gözləsə idi, indi “Qarabağ”da oynayardı
Millidə yeni bombardir
Platini: "FİFA prezidenti olsaydım, VAR heç vaxt yaranmazdı"
"Arsenal"ın Kenan Yıldız planları
Vinisiusun evində yanğın