Daha bir La Liqa klubu maaşları azaltdı

Daha bir La Liqa klubu maaşları azaltdı
XƏBƏR 9 Aprel 2020 / 19:38 1673
-  A +

İspaniyanın "Selta" klubu da maaşların azaldılması ilə bağlı futbolçular və işçilərlə razılığa gəlib.

Qol.az  xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Koronavirus pandemiyasına görə yaranan maliyyə böhranının qarşısını almaq üçün bu addımı atılıb.

Futbolçularla yanaşı, məşqçilərin, həkimlərin və rəhbərliyin də məvacibləri azaldılacağı bildirilib. Məbləğlə bağlı isə məlumat verilməyib.

Qeyd edək ki, daha əvvəl La Liqa klublarından "Barselona", "Atletiko" və "Real” da futbolçuların məvacibini azaldıb.

Son xəbərlər
19.04.25  10:56

30-cu sülh