“Saqqalım qalınlaşıb, saçım uzanıb” – Karantindən şikayət etdi

“Saqqalım qalınlaşıb, saçım uzanıb” – Karantindən şikayət etdi
XƏBƏR 15 Mart 2020 / 15:34 3799
-  A +

“Roma”nın hücumçusu Castin Klüyvert karantində keçirdiyi günlər haqda danışıb.

Qol.az xəbər verir ki, İtaliya mətbuatına müsahibəsində o, bu prosesin çətinliyindən danışıb:

“Mən artıq neçə həftədir ki, evdəyəm. Çox ağırdır. Küçəyə çıxa bilmirəm deyə evdə məşq edirəm. Həmçinin mən qardaşım qızı ilə oynayıram. O, xoşbəxtdir”.

Klüyvert bərbərə gedə bilməməsindən şikayətlənib: “Artıq saqqalım qalınlaşıb, saçım uzanıb. Üç həftədir bərbərə gedə bilmirəm”.


Son xəbərlər
20.08.25  17:03

"Yuventus"a qayıdır

20.08.25  14:23

"Roma"dan yeni transfer

20.08.25  09:21

Salahdan tarixi rekord