“Məncə, bu dəfəki qrup daha güclüdür. Çünki Monteneqro, Kipr və Lüksemburq milliləri Malta, Farer adaları və Kosovodan güclüdür. Ona görə də çətin olacaq”.
Bunu Azərbaycan milisinin sabiq baş məşqçisi Qyoko Haciyevski deyib.
Hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Emirates” klubunu çalışdıran makedoniyalı 64 yaşlı mütəxəssis Millətlər Liqasında Lüksemburq, Kipr və Monteneqro ilə eyni qrupda mübarizə aparan Azərbaycan millisinin şanslarını dəyərləndirib. O bildirib ki, hər 3 rəqib güclüdür:
“Monteneqro çox yaxşı komandadır. İtaliya, İspaniya və Fransada futbolçuları oynayır. Stefan Yovetiç, Stefan Saviç, Nikola Vukçeviçi buna misal gətirmək olar. Məncə, Azərbaycan millisinin qrupunda əsas favorit elə bu komanda olacaq. Kipr də futbol ölkəsidir. Yerli liqaları güclüdür, APOEL, “Anortosis”, “Omoniya” və “Apollon” kimi güclü klubları var. Elə bu komandalar Kipr millisi üçün yaxşı futbolçular verir. Lüksemburq yığmasına gəlincə, onlar əvvəlki kimi deyil. Son illərdə çox yaxşı futbol oynayırlar. Böyük komandalar da onlara qarşı çətin oyun keçirir. Amma Monteneqro və Kipr Lüksemburqdan güclüdür. Unutmayın ki, onlar seçmə oyunlarda sürpriz nəticələr ediblər. Bütün bunların əsasında Azərbaycan millisinin hansı nəticə göstərəcəyini deyə bilməyəcəm. Ümidvaram ki, hər şey yaxşı olacaq”.
Haciyevski adı yığma komandamızın baş məşqçi namizəd kimi çəkilən Rəşad Sadıqov haqda da danışıb. Onun fikrincə, Azərbaycan futbolunda yeni səhifə açılmalıdır: “Rəşad Sadıqov Azərbaycan millisinin baş məşqçisi təyin edilərsə, məncə, yaxşı qərar olardı. Çünki o, bütün azərbaycanlı futbolçuları yaxşı tanıyır. Özü də super futbolçudur, əla kapitandır. Yeri gəlmişkən, şadam ki, vaxtilə onu milliyə qaytardım. Rəşad iddialıdır, sadəcə yığmanın “sükanı arxasına” keçərsə, yaxşı köməkçilər seçməlidir. Azərbaycan futbolunda yeni səhifə açmaq lazımdır” (apasport.az).
Superliqada mövsümün ilk baş məşqçi istefası
Azərbaycanın iki güləşçisi dünya üçüncüsü oldu
"Qarabağ"ın futbolçusu "Şamaxı"ya keçdi
Rahid Əmirquliyev klub rəhbəri oldu
"Tottenhem" kapitanı ilə müqaviləni uzatdı
Elçin Məsiyev də pley-off oyununa təyinat aldı
"Ferensvaroş"un futbolçusu "Qarabağ"la sabahkı oyun haqda
"Qarabağ"la "Ferensvaroş"un gücü eynidir" - Robbi Kin
"Sumqayıt"ın futbolçusu Premyer Liqada debüt etdi
Tahir Gözel Budapeştə gedib
"İnter"dən "Çelsi"yə rədd cavabı
"Qarabağ" Macarıstanda - Şəkillər
PSJ-nin yeni qırmızı formaları - Şəkillər
"Tottenhem"də yeni müqavilə
Andrey Şevçenko Bakıya gəlir
UEFA "pley-off"un oyununu Əliyar Ağayevə tapşırdı
Neymar ən böyük məğlubiyyətini aldı, ağladı
"Milan"ın sabiq kapitanı bu klubda
Azərbaycan çempionatında 60-cı dəfə
"Qarabağ" Macarıstana yola düşdü - Şəkillər
Misli Premyer Liqasında 2 debüt
“Yenidən Azərbaycana qayıtdığım üçün xoşbəxtəm” - Ramalinqom
"Beşiktaş"dan 2 qol, 3 xal - Video
Amorim "Arsenal"a məğlubiyyət haqda
Mahirin yeni mövsümdə ilk qolunun - Videosu
Dünya çempionatı üçün yeni format
Krivotsyuk oynadı, komandası məğlub oldu
“Mançester Yunayted” evdə “Arsenal”a uduzdu
"Bəzi oyunçular bunu dərk etmir" - Saşa İliç
"Sumqayıt"dan mövsümə əla başlanğıc - Video
"Sumqayıt" "Kəpəz"ə böyük hesabla qalib gəldi
“Arsenal” “Old Trafford”da qələbə qazandı
"Nyukasl" yeni transferini açıqladı
"Mançester Yunayted"in yetirməsi "Hall Siti"də
"Sumqayıt" - "Kəpəz": Heyətlər
"Sanderlend" PSJ-dən onu transfer etdi
“Qarabağ” düşərgəsindən yeni xəbər
"Brentford" onu rekord məbləğə aldı
"Kəpəz"dən iki transfer, üç yeni müqavilə
De Xea “Mançester Yunayted”ə qayıda bilər
Ozobiç üçün əlamətdar oyun