"Oyunun gərgin və maraqlı olacağını gözləyirdim. Hər iki komandanın ifasında sürətli futbolun şahidi olduq. Baxımlı qollar vuruldu".
Qol.az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 19-cu turunda səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qalib gələ də, uduza da bilərdilər: "Amma nəticə ədalətlidir. Komandamızın məğlub durumda olmasına baxmayaraq, bərabərliyə nail olması bizi sevindirir. Mübarizəni səbrlə davam etdiririk. Nəticəsini sonda görəcəyik".
49 yaşlı mütəxəssis bildirib ki, Con Kamaranın erkən zədələnməsinə baxmayaraq, digər futbolçuları etimadı doğruldur: "Kamaranın olmaması bizim üçün böyük itkidir. Orta xəttdə bütün qara işləri görür. Düşünmürəm ki, zədəsi ciddidir. İnanıram ki, qarşıdakı turlarda bizə kömək edə biləcək".
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında