"Çempionatda irəliləmək və titul qazanmaq üçün əla şansımız var. Bu fürsətdən istifadə etməliyik".
Qol.az xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin "Baniyas" klubunda çıxış edən millimizin üzvü Riçard Almeyda yerli "Emirates Today" nəşrinə açıqlamasında deyib.
O, "Prezident kuboku"nun 1/4 final mərhələsində "Şabab Əl-Əhli" oyunda (1:0) komandasının qələbə, özünün isə ilk qolunu vurması haqda da danışıb: "Baniyas"ın bu mövsüm üçün ən vacib qoluna imza atdım. "Əl-Əhli" kimi böyük klubu məğlub etməyin ayrı ləzzəti var. Ötən həftə yaxşı məşq etmişdik. Hamının bütün fikri kubokda mərhələ adlamaq idi. Təbii ki, qələbədə əsas rolu Şefer oynadı".
Almeyda bu mövsüm əsas hədəflərimizdən biri Asiya Çempionlar Liqasına vəsiqə qazanmaq olduğunu söyləyib: "Çempionatda birdən-birə titul qazanmaq barədə düşünməməliyik. Kubokda ağır oyun keçirərək yarımfinala vəsiqə qazanmışıq. Addım-addım irəliləməli, hər oyuna ciddi yanaşmalıyıq".
Qeyd edək ki, R.Almeyda qış transfer pəncərəsində "Qarabağ"dan ayrılaraq Birləşmiş Ərəb Əmirliklərinin klubuna transfer olunub.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026
Montella İspaniya ilə heç-heçə haqda