“Zirə” futbol klubunun fəxri prezidenti Orxan Məmmədovun müsahibəsi
– Əvvəla ondan başlayaq ki, mətbuata qapalı insansınız. Niyə mətbuata çox çıxmırsınız?
– Düzdür, mətbuatda çox çıxışım olmayıb. Amma bir neçə ay əvvəl mətbuatda futbolla bağlı fikirlərim yer almışdı. Jurnalistlərə çox açıqlama verməsəm də, daim futboldayam və öz komandamla maraqlanıram. Klubun idarəçiliyin içərisindəyəm.
– Komandanız son turda öz meydanında “Qarabağ”a 0:6 hesabı ilə uduzdu. Hazırda “Zirə” 20 xalla V sırada qərarlaşıb. Komandanızın hazırkı durumunu necə dəyərləndirirsiniz?
– Məşqçi dəyişikliyindən sonra komandamızın çıxışını qənaətbəxş hesab edirəm. Düzdür, problemlər var. Sonuncu matçdakı nəticə bizi qane edə bilməz. Görünür, komandada nizam-intizamla bağlı bir az problem var. Xüsusilə son oyunlarda aldığımız qırmızı vərəqələr mənfi haldır. Artıq baş məşqçimizə də bu barədə göstəriş vermişəm. Bu məsələ tənzimlənməlidir. Məqsədimiz isə avrokuboklara düşməkdir.
– Qırmızı vərəqələrlə bağlı sərt qərar qəbul olundumu?
– Əlbəttə ki, ən sərt qərar AFFA tərəfindən qəbul olundu. Hesab edirəm ki, hər kəs bundan nəticə çıxarmalıdır. Biz də klub daxilində müəyyən addımlar atdıq.
– Ötən ilin iyulundan “Zirə” klubunda prezident vəzifəsi boşdur. Bu vəzifəyə yeni təyinat nəzərdə tutulurmu?
– Ümumiyyətlə, klubun strukturunu dəyişmək barədə düşünürük. Bu struktur Müşahidə Şurası və ya digər formada ola bilər. Hələ bu barədə yekun qərar verməmişik. Bu barədə düşünürük. Amma klubun icraçı direktoru var. Bütün icra işləri ilə o məşğul olur. Mən də klubun fəxri prezidenti olaraq tapşırıqlarımı, göstərişlərimi verirəm. Yəni, hüquqi cəhətdən prezident vəzifəsi boşdur, amma icra baxımından heç bir problem yoxdur və işlər öz axarı ilə gedir.
– Klubun sabiq prezidenti Natiq İsmayılovun istefasına nə səbəb oldu?
– O 2015-ci ildən bizimlə çalışırdı. Sırf şəxsi işləri ilə əlaqədar olaraq klubu tərk etmək istədiyini bildirdi. Buna görə də onun ayrılmaq istəyinə müsbət yanaşdıq.
– Avrokubok şanslarınızı necə dəyərləndirirsiniz?
– Əsas məqsədimiz avrokuboklarda iştirakdır. “Qarabağ” və “Neftçi”dən başqa, digər komandaların da, eləcə də bizim avrokuboklara düşmək şansımız var.
– Siz həm də Kiçik və Orta Biznesin İnkişafı Agentliyində İdarə Heyətinin sədrisiniz. Kiçik və orta biznesdə sahibkarların futbola marağını necə qiymətləndirirsiniz?
– Əlbəttə, bu gün futbola sahibkarların marağı həddindən artıq azdır. Bunun da əsas səbəbi stadionlara çox sayda azarkeşlərin gəlməməsi, yerli çempionat oyunlarına marağın olmamasıdır. Sahibkarların marağı məhz həmin insanlardır. Həmin insanlar yoxdursa, onlar da maraq göstərmir. Çünki onlar öz məhsullarını satmaq istəyir. İnsanlar olmadıqda, bu məhsullar da satılmır. Məhz AFFA ilə birgə keçirdiyimiz tədbirin mahiyyəti də ondan ibarətdir ki, AVRO-2020 ilə bağlı ölkəmizə çoxlu insan gələcək. Yarış zamanı da sahibkarların məhsullarını satışa çıxarmaq imkanı olacaq. Hazırda AFFA ilə bu yöndə çalışırıq ki, tək AVRO-2020-də yox, millinin və Azərbaycan Premyer Liqasının oyunlarında azarkeşlər çoxalsın. Belə olduğu halda, biz də sahibkarları bu oyunlar üçün cəlb edə biləcəyik (oxu.az).
Müller Messiyə çatdı
5 qol vuruldu, "Füzuli" qalib gəldi - Video
ABŞ klubu De Brüyneni hədəflədi
Cəfərovdan poker, "Şəmkir"dən 6 qol - Video
2-ci Liqada tura yekun vuruldu
Türkiyə kubokunda final matçının məkanı açıqlandı
Klopp məşqçilik karyerasını bərpa edir?
Keyn Neymar və Balotellidən ilhamlanıb
"Barselona"nın rəsmisindən Mbappe ilə bağlı qərara etiraz
"Bu futbolçulara inanıram" - Aqil Nəbiyev
Qrizmannın qərarı bilindi
Ançelotti: "Mən Ronaldo kimi futbolçu görməmişəm"
Aron Bupendzanın faciəvi ölümü
"Qarabağ" "Azərsun Arena"ya qayıdır
"Sabah"ın U-13 komandası "Mançester Siti" ilə eyni turnirdə
Azərbaycan millisi Gürcüstana qalib gəldi
Rəşad Sadiqov 5 oyunluq diskvalifikasiya edildi
AFFA-dan Berdıyevə sərt cəza
Premyer Liqa klublarına cəza və cərimələr
Hava şəraitinə görə bu oyunun yeri dəyişdirildi
Çempionlar Liqası tarixinə düşən afrikalı
Dembeləyə mükafatı zorla verdilər - Video
UEFA Türkiyədə nümayəndəlik açır
"Barselona"nın seriyası 24 oyundan sonra qırıldı
ÇL-in oyunlarını yayımlayacaq kanallar
"Borussiya" - "Barselona" oyunundakı maraqlı qollar - Video
“Qarabağ”ın sabiq futbolçusu B seriyasında
"Barselona" və PSJ yarımfinalda - ÇL
Haaland və Levandovskinin rekordu qırıldı
"Əksər oyunçular ağrıkəsici hesabına meydana çıxmışdı"
"Dinamo"dan baxımlı qol və qələbə - Video
"Sumqayıt"da yeni müqavilə - Rəsmi
Millimiz böyük hesabla Xorvatiyaya məğlub oldu
"Mançester Yunayted"də itki
Amil Yunanovdan het-trik, "Şəfa"dan qələbə - Video
İnzaqi "Bavariya"nı "Real"la müqayisə etdi
Ançelotti öz istefası ilə bağlı sualı cavablandırdı
Boksçularımızdan 8 qızıl və 3 gümüş medal
Ayın qolunun müəllifi mükafatlandırıldı
Bu iki futbolçu "Mançester Yunayted"dən ayrılır
Ançelotti: "Arzum "Liverpul"un baş məşqçisi olmaq idi"
"İnter"in İnzaqi ilə bağlı qərarı bəlli oldu
“İmişli” – “Qəbələ” oyununun hakimləri məlum oldu
Konte: "Bizə təşəkkür etməlisiniz"