“AFFA son illərdə beynəlxalq yarışları təşkil edib. 2012-ci ildə qadınlar arasında dünya çempionatı Bakıda baş tutdu. Bundan sonra aktiv idman tədbirlərinə keçdik. 2016-cı ildə 17 yaşlılar arasında Avropa çempionatı ölkəmizdə keçirildi. Məhz 2012-ci ildəki təcrübədən yararlandıq”.
Bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “İri miqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” adlı tədbirdə deyib.
O əlavə edib ki, Azərbaycan futbolunda inkişaf olub:
“Bakı şəhərində olan infrastrukturlar var və hamısı istifadə edilir. Avropa Liqası finalında şansımız gətirdi ki, iki ingilis nəhəngi bura gəldi. 3 gün ərzində həmin vaxt 38 min turist ölkəyə gəldi. İnfrastrukturdan danışanda təkcə stadionlar nəzərdə tutulmur. Bura hava limanı, yollar, nəqliyyat, “pub”lar, restoranlar daxildir. Zəif cəhətimiz var idi. “Pub”lar lazımi səviyyədə işləmədi. Yetəri qədər pivə yox idi. İngilislər ucuz olmasından istifadə edib həddən çox pivə içdilər. Ümid edirəm ki, “pub”lar bizə Avropa Çempionatı zamanı problem yaratmayacaq”.
Məmmədov Bakıda keçiriləcək AÇ-2020-nin oyunlarından danışıb: “12 ölkədə bir yarışı təşkil etmək UEFA üçün çətin işdir. Yerli təşkilat komitəsinə böyük iş düşəcək. Ümid edirəm ki, təcrübədən lazımi səviyyədə yararlanacağıq. Bu tədbir ölkəmiz üçün gəlirdir. 111 min bilet xaricilər tərəfindən alınıb. Hər kəsə tövsiyə edirəm ki, biletlər alsın”.
Elxan Məmmədov Bakı şəhərinin gələcəkdə Çempionlar Liqası finalını keçirmək üçün namizəd olacaq: “Biz gələcəkdə Çempionlar Liqası finalını keçirmək üçün namizəd ola bilərik. Bunun üçün infrastruktur var” (Qafqazinfo).
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi
DÇ-2026-da seçmə mərhələnin bombardiri
Arteta, Flik, Mareska, Alonso...
1-ci liqada 5 oyunun hakimləri məlum oldu
İlin futbolçusu adına namizədlər - Siyahı
Çempionlar Liqası yenidən "Kamp Nou"da!
Misli Premyer Liqasında 12-ci turun hakimləri açıqlandı
U-21 millimiz Cəbəllütariqə belə qalib gəldi - Video
Avropa zonasının pley-off səbətləri - DÇ-2026
Montella İspaniya ilə heç-heçə haqda
İspaniya millisi dünya rekordunu təkrarladı
Cəmi 156 min əhalisi var - DÇ-2026-da oynayacaqlar