"Barselona" heyətini yeni hücumçu ilə gücləndirə bilər.
Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Kike Setyen danışıb. 61 yaşlı mütəxəssis bir neçə oyunçu üzərində müzakirə apardıqlarını bildirib:
"Hücumçu almaq istəyiriksə, bu oyunçu mümkün qədər çoxyönlü olmalıdır. Belə bir futbolçu tapmaq asan olmayacaq. Bir neçə ad üzərində müzakirə edirik. Aydındır ki, komandaya kömək edəcək hücumçu lazımdır".
Qeyd edək ki, Kataloniya təmsilçisinin hücumçuları Luis Suares və Usman Dembele zədəlidir.
"Qarabağ"da şok itki
Qurban Qurbanovdan möhtəşəm nəticəyə ilk şərh
“Qarabağ” - “Çelsi” matçının ən yaxşı futbolçusu o oldu
“Qarabağ”dan “Çelsi” ilə oyunda qələbə kimi heç-heçə
"Barselona"nın yeni transfer hədəfi