"Neftçi"nin futbolçusu Donald Gerye Azərbaycan Premyer Liqasının 16-cı turunda "Qarabağ"la 0:0 hesablı matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Hər iki komanda çox yaxşı çıxış etdi. Həm "Qarabağ", həm də "Neftçi" sonadək vuruşdu. Bizim üçün bu nəticə qənaətbəxş hesab oluna bilər. Çünki səfərdə oynayırdıq. 1 xal kifayət qədər yaşxı nəticədir.
- Hazırda "Qarabağ"la xal fərqiniz 8-ə bərabərdir. Çempionatın ikinci dövrəsi yeni başlayıb. Fikirləşirsinizmi ki, hər keçən tur çempionluq şansınız bir az da azalır. Deyəsən, "Neftçi" artıq taleyi ilə barışıb, 2-ci yerə razıdır.
- Bizim hədəfimiz var, çempion olmaq istəyirik. İkinci yerlə barışmırıq. Gördüyünüz kimi, komanda bu gün bütün gücünü meydanda qoydu. Futbolda hər şey ola bilər. Düzdür, bəlkə də qarşıda elə də çox oyun qalmayıb. Amma yenə də bizim şanslarımız var.
- Oyundan sonra klub prezidenti Kamran Quliyev sizi qucaqlayaraq nə isə dedi...
- Kamran müəllim çox yaxşı oynadığımı söylədi. Dedi ki, sən daimi olaraq "Neftçi"də qalacaqsan.
- Roberto Bordinin gedişi ilə komandada nə dəyişib?
- İlk növbədə məşqlərimiz dəyişib. Daha çox topla oynayırıq. Məşqlərdə taktikaya daha çox önəm veririk. Bu, bizim formada qalmağımıza kömək edir. Komanda özünü daha yaxşı hiss edir. Siz də görürsünüz ki, komanda meydanda daha sürətli, hərəkətlidir.
- İkinciliklə barışmadığınızı, çempion olmaq istədiyinizi qeyd etdiniz. Ümumiyyətlə, necə düşünürsünüz, Füzuli Məmmədovla bu hədəfə çatmaq mümkündürmü?
- Mənim fikrimcə, hə. Biz Füzuli Məmmədovun rəhbərliyi altında çempion ola bilərik. O, bu iki oyunda bizə çox şey verdi. Xüsusilə, taktiki baxımdan öz təcrübəsindən istifadə edir. Mən deyərdim ki, o, taktikaya daha çox önəm verən məşqçilərdən biridir. Bu da bizim oyunumuzda özünü biruzə verir.
- "Qarabağ"ı yaxşı tanıyırsınız. Belə bir fikir var ki, Riçard Almeydanın gedişindən sonra komanda əvvəlki kimi deyil. Bugünkü oyunda onu hiss etdiniz?
- Mən başqa komanda haqqında danışmaq istəməzdim. Amma bu, "Qarabağ"dır, mənim keçmiş komandamdır. Riçard Almeyda "Qarabağ" üçün ən vacib futbolçulardan biri idi. Yəqin ki, nə isə dəyişib. Amma mən 100 faiz əminliklə deyə bilərəm ki, orada çox təcrübəli məşqçi və oyunçular var. Rəşad kimi təcrübəli oyunçu var. Yəni, onlar artıq bu fərqi hiss edirlər və buna uyğun olaraq tədbirlər görəcəklər.
"Sabah"ın "Çelye" ilə oyunöncəsi məşqi - Şəkillər
"Qalatasaray" futbolçusu ilə yolları ayırdı
Karlo Ançelottinin oğlu baş məşqçi oldu - Rəsmi
FİFA PSJ-nin iki futbolçusunu cəzalandırdı
“Fənərbaxça”da yeni müqavilə
"Şamaxı" braziliyalı futbolçu transfer etdi
Baş məşqçinin İnstaqramda futbolçu axtarışı gündəm oldu
“Zirə” yeni futbolçu aldı - “Sabah”da oynayırdı
"Neftçi"dən ayrılan futbolçu bu kluba keçdi
"Real"ın oyunçusunun cəzası bilindi
"Hədəfimiz avrokuboklardır" - "Sumqayıt"ın yeni baş məşqçisi
İspaniyanın hansı klubundan “Qarabağ”lıya təklif olub?
Silva: "Çelsi"nin məşqlərini izləmişəm"
“Sumqayıt”ın yay hazırlıq planı məlum oldu
"Qızıl top" ona verilməlidir, Yamal hələ uşaqdır"
"Sabah" iştirak ərizəsini UEFA-ya göndərdi
"Barselona"nı tərk edir
Final bu topla oynanılacaq
"Tottenhem" Yaponiya millisinin müdafiəçisini transfer etdi
Di Maria 18 ildən sonra doğma klubuna qayıtdı
Misli Premyer Liqa təmsilçisinin ikinci transferi
Saşa İliç “Sumqayıt”a necə gəlib? - Agentdən açıqlama
Əfsanəvi qapıçının oğlu İngiltərə Premyer Liqa klubunda
"Napoli" 50 milyon təzminat ödəməyə hazırdır
Bu gün Avropa kubokları yarışları başlayır
"İnter Mayami" Messi ilə yeni müqavilə imzalayacaq?
"Turan Tovuz" Türkiyədə ilk məşqinə çıxdı - Şəkillər
“Azərlotereya”nın komandası çempion oldu
Marko Verattinin yeni klubu bilindi
Azərbaycanlı UEFA nümayəndəsi ÇL-in oyununa təyinat alıb
"Barselona" onunla yeni müqavilə imzaladığını açıqladı
"Qarabağ"ın Avstriyadakı oyununda 9 qol - Video
“Qarabağ” Ukrayna komandasına uduzdu
"Şamaxı" növbəti transferini rəsmən açıqladı
“Qalatasaray” - “Napoli” danışıqlarında son durum
“Karvan”dan yayın ilk transferi
"Zirə"də yeni müqavilə - Rəsmi
"Araz-Naxçıvan" Superliqanın 2 təmsilçisi ilə qarşılaşacaq
Misli Premyer Liqasının püşkü bu tarixdə atılacaq
"Zirə"nin rəqibinin ulduz futbolçusu karyerasını başa vurdu