Almeyda karyerasını başa vurdu

Almeyda karyerasını başa vurdu
DÜNYA FUTBOLU 6 Fevral 2020 / 18:26 6014
-  A +

Portuqaliya millisinin sabiq futbolçusu Huqo Almeyda karyerasını başa vurub.

Qol.az xəbər verir ki, bu barədə 36 yaşlı hücumçu sosial şəbəkə hesabında paylaşım edib.

Son olaraq "Akademika de Koimbra"da çıxış edən Ameyda bu klubun U-23 komandasında məşqçiliyə başlayacaq.

Qeyd edək ki, Almeyda "Portu", "Verder", "Hannover", "Beşiktaş", "Anji", AEK, "Hayduk" "Kuban" və "Çezena"da da oynayıb.

 


Son xəbərlər