“Rusenborq”un futbolçusu millimizə çağırıldı

 “Rusenborq”un futbolçusu millimizə çağırıldı
ÖLKƏ FUTBOLU 3 Fevral 2020 / 10:08 4082
-  A +

Antalyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə daha iki futbolçu dəvət olunub.

Qol.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Neftçi”dən Rüfət Abbasov və Norveçin “Rusenborq” klubunun üzvü Deniz Mehmetoğlu komandaya qoşulub.

Qeyd edək ki, daha öncə Nuğay Rəşidov sənədində olan problemlə əlaqədar (pasportunun istifadə müddətinin sonuna 60 gün qaldığı üçün) komanda ilə birgə səfərə yollana bilməyib.

Daha çox


Son xəbərlər