Emre Can rəsmən "Borussiya"da

Emre Can rəsmən "Borussiya"da
DÜNYA FUTBOLU 31 Yanvar 2020 / 22:22 3885
-  A +

"Yuventus"un futbolçusu Emre Canın "Borussiya"ya keçidi rəsmiləşib.

Qol.az Bundesliqa klubunun saytına istinadən xəbər veir ki, türkəsilli alman yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında Dortmund təmsilçisində çıxış edəcək.

"Borussiya" 1 milyon avro icarə haqqı ödəyib. Müəyyən şərtlər yerinə yetiriləcəyi təqdirdə, klub yayda 25 milyon avro da ödəyərək onu birdəfəlik almalıdır.

Qeyd edək ki, E.Can bu mövsüm "Yuventus"da cəmi 279 dəqiqə meydanda olub.

Bizi Feysbukda da izləyin!


Son xəbərlər