Almeyda ilk oyununda zədələndi

Almeyda ilk oyununda zədələndi
XƏBƏR 24 Yanvar 2020 / 11:10 4004
-  A +

Millimizin üzvü Riçard Almeyda yeni klubu “Baniyas”da ilk oyunundaca zədələnib.

Qol.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri çempionatının 13-cü turunda “Əl-Nəsr”lə görüşün (1:0) start heyətində meydana çıxan braziliyalı yarımmüdafiəçi oyunu sona qədər davam etdirə bilməyib.

“Qarabağ”ın sabiq futbolçusunun ayağında ağrılan olduğundan baş məşqçi Vinfred Şefer 79-cu dəqiqədə onu məcburən əvəzləyib. Hələlik futbolçunun son durumu ilə bağlı məlumat verilməyib.



Son xəbərlər
16.08.25  14:09

Bellinqem hazırdır

16.08.25  09:15

Messi qayıtdı