«Qarabağ» Vaqif Cavadovla bağlı açıqlama verdi

«Qarabağ» Vaqif Cavadovla bağlı açıqlama verdi
ÖLKƏ FUTBOLU 6 Avqust 2010 / 15:56 4021
-  A +

«Qarabağ» klubu millimizin hücumçusu Vaqif Cavadovun «Tvente» klubu tərəfindən geri qaytarılması barədə xəbərləri təsdiqləyib. Klubun direktoru Əmrah Çəlikəl Qol.Az-a açıqlamasına futbolçunun sabah və ya birisigün Azərbaycana qayıdacağını bildirib.
Qeyd edək ki, yayılan məlumatlara görə, Vaqifin adı bu gün başlanan Hollandiya çempionatının iştirak ərizəsinə salınmayıb. Bu mənada, onun karyerasını keçmiş klubu «Qarabağ»da davam etdirmək ehtimalı artıb.
Əmrah Çəlikəl isə bildirib ki, hələlik Vaqifin «Qarabağ»a keçib-keçməsilə bağlı indidən nəsə demək çətindir: «Biz baş verənlərə görə çox üzülürük. Vaqifin «Qarabağ»a keçməsi üçün futbolçunun özüylə, məxsus olduğu klubla danışmaq lazımdır. Eyni zamanda baş məşqçimiz Qurban Qurbanovun bu məsələdə rəyi çox önəmlidir».

 

Daha çox


Son xəbərlər