Əmrah Çəlikəl: «Bütün potensial rəqiblərimiz güclüdür, amma «Qarabağ» da zəif deyil»

Əmrah Çəlikəl: «Bütün potensial rəqiblərimiz güclüdür, amma «Qarabağ» da zəif deyil»
ÖLKƏ FUTBOLU 6 Avqust 2010 / 14:31 2459
-  A +

«Kaş ki, biz beş potensial rəqibimizdən birini özümüz seçə biləydik. Bütün rəqiblərimiz güclüdür. Amma «Qarabağ» da zəif deyil». Qol.Az-ın müxbirilə söhbətində bu sözləri «Qarabağ»ın direktoru Əmrah Çəlikəl söyləyib.
Avropa Liqasının pley-off mərhələsinə adlayan «Qarabağ»ın növbəti rəqibi bu gün müəyyənləşəcək. Bu potensial rəqib “Liverpul” (İngiltərə),“Styaua” (Buxarest, Rumıniya), «Seltik” (Şotlandiya), “Levski” (Sofiya, Bolqarıstan) və “Borussiya”dır (Dortmund, Almaniya).
«Biz hansı rəqiblə düşsək, onlarla sonadək oynayıb ən yüksək nəticəni qazanmağa çalışacağıq».
Əmrah Çəlikəl bu il Avroliqada üç mərhələ keçməklə Azərbaycan futbolunda tarix yazmasına baxmayaraq, «Qarabağ»ın öz işini bitmiş hesab etmir: «Biz hələ yolumuza təzə başlamışıq və məqsədimiz qrupa düşməkdir. Bunun üçün əlimizdən gələni edəcəyik».

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi