"Türkiyə toplanışının bir həftəsini arxada qoymuşuq. Məşqlərimizi planlı şəkildə davam etdiririk. Hazırlıq prosesi istədiyimiz şəkildə gedir. Futbolçular məşqlərdə səylə çalışırlar".
Qol.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin futbolçusu Amin Seydiyev klubun rəsmi saytına açıqlamasında komandanın Antalyadakı təlim-məşq toplanışı haqda danışarkən deyib.
Gənc müdafiəçi Macarıstanın MTK və Rusiyanın “Çayka” klublarına qarşı keçirillən iki yoxlama oyunu barədə də danışıb: "Bütün oyunçular istəklidirlər. Hər birimiz məşqçilərin verdiyi tapşırıqları tam yerinə yetirməyə çalışırıq. Düşünürəm ki, toplanışın qalan hissəsində də bu tempdə çalışıb, mövsümün ikinci yarısına tam hazır olacağıq. Antalyada iki yoxlama matçı keçirmişik. Belə oyunların nəticəsi vacib olmur. Lakin yoxlama görüşü olmasına baxmayaraq, qarşılaşmalara ciddi hazırlaşmışıq. Bu oyunlarda da verilən tapşırıqları yerinə yetirib, lazımi səviyyəyə çatmaq üçün əlimizdən gələni edirik. Çünki bu matçlar çox faydalıdır. Həm hazırkı durumumuzu bilir, həm məşqçilərin istəyinə uyğun olaraq fərqli mövqelərdə özümüzü yoxlayırıq. Qarşıda daha iki yoxlama matçı olacaq. Bu matçlardan da maksimum faydalanmağa çalışacağıq".
Amin mövsümün ikinci yarısında uğurlu nəticə üçün çalışacaqlarını vurğulayıb: “Mövsümün ikinci yarısına qısa müddət qalıb. Həm çempionatda, həm də kubokda vacib görüşlərimiz olacaq. Hər iki turnirdə uğurlu oyunlar keçirmək istəyirik. İlk yarının sonlarında yaxşı nəticələr qazandığımız matçların sayını artırmaq əzmindəyik. Oyunumuzla azarkeşlərimizi sevindirmək, avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparacağıq".
"Yuventus"da ciddi itki
“Betis” İsko ilə müqaviləni yeniləyir
"Milan”ın futbolçusu derbi matçına qədər zədəsini sağaltdı
"Cəbrayıl"ın 7 qolluq qələbəsi - Video
Ronaldonun tarixi rekordunu yenilədi
“Bavariya”nın qapıçısı karyerasını başa vurur
Tomas Müller gələcəyi ilə bağlı qərarını verdi
Baş məşqçi Ülvi Babayevin oyun performansından danışdı
“Zaqatala”, “Mingəçevir” və “Cəbrayıl”dan qələbə
"Kəpəz" ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcək
Jordi Alba “Barselona”dan ayrılma səbəbindən danışdı
“Pley-off”un püşkü atıldı - DÇ-2026
Asim Xudiyev Konfrans Liqasının matçında
DÇ-2026: Qitələrarası pley-offun püşkü atıldı
"Bavariya" qərarını verdi
Millimiz Bolqarıstana uduzdu
İki güləşçimiz İslamiadanın finalında
Elxan Abdullayevdən 1:6 hesablı məğlubiyyətə şərh
"Şahdağ Qusar" iki transfer etdi
"Prezident seçilsəm, ilk işim Messiyə zəng etmək olacaq"
Konte qayıtdı, fırtına səngidi
Kurtuaya görə 3 ən yaxşı qapıçı