“Qarabağ” pley-offda “Borussiya” ilə qarşılaşacaq (YENİLƏNİB)

“Qarabağ” pley-offda “Borussiya” ilə qarşılaşacaq (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 6 Avqust 2010 / 17:01 10227
-  A +

Avropa Liqasındakı yeganə təmsilçimiz olan “Qarabağ”ın dördüncü təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Qol.Az-ın məlumatına görə, bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatma öncəsi bütün iştirakçı komandalar səbətlərə və qruplara bölünüb. 4-cü qrupda səpələnməmişlər arasında yer alan Ağdam klubunun bəxtinə İngiltərə nəhənglərindən “Liverpul”, Almaniyanın “Borussiya” (Dortmund), Şotlandiyanın “Seltik”, Bolqarıstanın “Levski” (Sofiya) və Rumıniyanın “Styaua” (Buxarest) klubları düşüb. Lakin püşkatmadan sonra komandamızın bu 5 komandadan Almaniya təmsilçisi - Dortmund "Borussiya"sı ilə qarşılaşacağı müəyyənləşib. Çoxları mümkün rəqiblərdən "Levski" və "Styaua" ilə qarşılaşmağımızı arzulasa da, bu istəyimiz gerçəkləşmədi. Lakin "Qarabağ"ımızın güclü Almaniya klubuna qarşı da layiqli mübarizə aparıb, qrup mərhələsinə düşəcəyinə inanırıq.

Avropa Liqası (pley-off mərhələsi)

1-ci qrup

PSJ (Fransa) - “Makkabi” (Təl-Əviv, İsrail)
“Bayer” (Leverkuzen, Almaniya) - “Tavriya” (Ukrayna)
ÇSKA (Moskva, Rusiya) - “Anortosis” (Kipr)
“Hayduk” (Xorvatiya) - “Unirya” (Rumıniya)
“Feyenoord” (Hollandiya) - “Gent” (Belçika)

2-ci qrup

“Genk” (Belçika) - “Portu” (Portuqaliya)
“Debretsen” (Macarıstan) - “Liteks” (Bolqarıstan)
“Aris” (Yunanıstan) - “Austriya” (Vyana, Avstriya)
“Qalatasaray” (Türkiyə) - “Karpatı” (Ukrayna)
“Palermo” (İtaliya) - “Maribor” (Sloveniya)

3-cü qrup

“Brügge” (Belçika) - “Dinamo” (Minsk, Belarus)
“Omoniya” (Kipr) - “Metallist” (Ukrayna)
“Vasluy” (Rumıniya) - “Lill” (Fransa)
“Napoli” (İtaliya) - “Elfsborq” (İsveç)
“Sportinq” (Portuqaliya) - “Bröndbü” (Danimarka)

4-cü qrup

“Qrashopper” (İsveçrə) - “Styaua” (Buxarest, Rumıniya)
“Trabzonspor” (Türkiyə) - “Liverpul” (İngiltərə)
“Seltik” (Şotlandiya) - “Utrext” (Hollandiya)
“Borussiya” (Dortmund, Almaniya) - “Qarabağ” (Azərbaycan)
AİK (İsveç) - “Levski” (Sofiya, Bolqarıstan)

5-ci qrup

“Şturm” (Avstriya) - “Yuventus”(İtaliya)
“Xetafe” (İspaniya) - APOEL (Kipr)
“Dandi Yunayted” (Şotlandiya) - AEK (Yunanıstan)
“Alkmaar” (Hollandiya) - “Aktobe” (Qazaxıstan)
“Dnepr” (Ukrayna) - “Lex” (Polşa)

6-cı qrup

“Rapid” (Avstriya) - “Aston Villa” (İngiltərə)
ÇSKA (Sofiya, Bolqarıstan) - TNS (Uels)
“Beşiktaş” (Türkiyə) - HJK (Finlandiya)
“Slovan” (Slovakiya) - “Ştutqart” (Almaniya)
“Sibir” (Rusiya) - PSV (Hollandiya)
BATE (Belarus) - “Maritimo” (Portuqaliya)

7-ci qrup

“Lozanna” (İsveçrə) - “Lokomotiv” (Moskva, Rusiya)
“Qyor ETO” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya)
“Odense” (Danimarka) - “Motervel” (Şotlandiya)
PAOK (Yunanıstan) - “Fənərbaxça” (Türkiyə)
“Vilyarreal” (İspaniya) - “Dnepr” (Mogilev, Belarus)
“Timişoara” (Rumıniya) - “Mançester Siti” (İngiltərə)


Qeyd edək ki, Avroliqanın dördüncü - pley-off mərhələsinin ilk oyunları avqustun 19-u, cavab görüşləri isə 26-sı keçiriləcək. 

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi