"Sabah"ın baş məşqçisi Jelko Sopiç dünən Antalyada Macarıstanın “Pakş” komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Qol.az-ın xəbərinı görə, xorvatiyalı mütəxəssis klubun saytına açıqlamasında deyib ki, ilk 60 dəqiqədə sərgilədikləri oyundan məmnun qalıb:
“Rəqibdən daha yaxşı təsir bağışlayırdıq. Bir neçə qol fürsəti qazansaq da, istifadə edə bilmədik. Toplanış çərçivəsində ilk yoxlama matçımız olduğunu nəzərə alaraq, nümayiş etdirdiyimiz oyunun gələcək üçün ümid verdiyini deyə bilərəm”.
"Pakş" ilə matç "Sabah"ın bir neçə gənc futbolçusunun əsas komandada ilk oyunlarını keçirmələri ilə də əlamətdar oldu. U-19 komandasının üzvləri – Neymət Musayev, Ceyhun Nuriyev, Abdulla Xaybulayev və Rüstəm Samiqqulin əsas komandada debüt etdilər. Sopiç həmçinin gənc futbolçuların çıxışı barədə də danışıb:
"Bu oyunda bir neçə gənc futbolçunun əsas komandanın heyətində meydana çıxması sevindirici haldır. “Pakş” ilə oyunda çempionatdakı gənc futbolçu limitinə uyğun 8 futbolçuya şans verdik. Həmçinin bizim gənc qolkiperin, Rüstəm Samiqqulinin əsas komandada ilk oyununu keçirməsi də sevindiricidir. Onun cəmi 16 yaşı var.
Gənc futbolçularla Macarıstanın yüksək liqa təmsilçisinə qarşı oynamağın çətin olacağını bilirdim. Lakin onlar məşqlərdə özlərini yaxşı göstərmişdilər və şans qazanmağa layiq idilər. Mən gənclərə bir-iki dəqiqə şans verən məşqçilərdən deyiləm. Fikrimcə, onlar klubun gələcəyidilər və daha çox oynamalıdılar.
Əlbəttə, 8 gənc futbolçu ilə oynayanda nəticə qazanmaq çətin olur. Ancaq bu, hazırlıq mərhələsidir və hər bir futbolçu özünü göstərmək üçün şans qazanmalıdır. Gənc futbolçularımıza görə sevinirəm və ilk 60 dəqiqədə sərgilədiyimiz oyuna əsasən, gələcək üçün nikbinəm”.
“Barselona” Yamalsız qaldı
“Zirə” və “Neftçi”dən dramatik bərabərlik – 2:2 - VİDEO
Rəşad Sadıqov “Neftçi” ilə oyundan danışdı
“Hakim görünməyən VAR-dan penalti çıxardı” - Samir Abasov
Zirədə dramatik sonluq, “Araz Naxçıvan”dan qələbə
“Araz-Naxçıvan” “İmişli”yə belə qalib gəldi - Video
Elmar Baxşıyev: “Zamanla daha güclü olacağıq”
“İmişli”nin baş məşqçisindən məğlubiyyətə şərh
“Zirə” - “Neftçi” - Heyətlər
Tuhel: “O futbolçularla şəxsi problemim yoxdur”
"Tottenhem" Bentankurla müqaviləni uzatdı
"Bayer" Argentina millisinin üzvü ilə müqavilə imzaladı
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
Türkiyə millisinin heyəti açıqlandı
"Qarabağ"dan daim yarım saniyə geridə idik" - Elyunussi
Zidanın oğlu ilk dəfə milliyə çağırıldı
Azərbaycan III MDB Oyunlarında növbəti qızıl medalı qazandı
Loran Blanı Konseysau əvəzləyir
"Qəbələ"nin futbolçusu dünya çempionatında qol vurdu
Mən bu səbri bircə Lobanovskidə görmüşdüm...
Çempionlar Liqasındakı qələbəyə görə yüksək mükafat
DÇ-2026-nın topu təqdim edildi - Şəkil