“Barselona”nın yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib.
Qol.az “As” nəşrinə istinadən xəbər verir ki, klubun əfsanəvi futbolçularından olan Xavi Ernandes Ernesto Valverdeni əvəzləyəcək. Kataloniya klubunun rəsmiləri hazırda Qətərin “Əl-Sədd” komandasını çalışdıran Xavi ilə dünən Dohada danışıqlar aparıblar. Ona indi “Barselona”ya gələcəyi halda 2,5 illik müqavilə təklif olunub. Lakin 39 yaşlı mütəxəssis yaya qədər gözləməyi məsləhət bilib. Bu səbəbdən Xaviylə 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, “Əl-Sədd” klubunun bu gün yaydığı bəyanatda “Barselona”nın Xaviylə danışıqlar apardığı təsdiq olunub. “Əl-Sədd”in baş direktoru Turki Əli-Əli katalonları rəsmi danışıqlara çağırıb. O, klubun saytında bildirib: “Biz əminik ki, “Barselona” kimi böyük klub belə məsələləri rəsmi kanallar vasitəsi ilə müzakirə etmək üçün yetərincə peşəkarlığa malikdir. Xavinin “Barselona”ya gedəcəyi gözləniləndir. Çünki bu klub onun evidir. Xavi gələcəkdə ora qayıdacaq. Hazırda isə o, “Əl-Sədd”in baş məşqçisidir”.
Xatırladaq ki, “Barselona” klubunun yaxın vaxtlarda, ən geci isə bu mövsümün sonu hazırkı baş məşqçi Ernesto Valverde ilə yolları ayıracağı gözlənilir.
İlin futbolçusu seçildi
“Beşiktaş”dan Ştegenə 8 milyon avroluq təklif
"Məşqçi kimi daha da püxtələşdim"
Ağ Ev Trampla Ronaldonun görüşündən görüntü yaydı - Video
“Kamp Nou”da ilk oyunda azarkeşləri sürpriz gözləyir
“Bayer"nin futbolçusu “Barselona” və “Bavariya”nın hədəfində
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
“Tottenhem”in hücumçusu "Roma"ya keçə bilər
Azərbaycan millisi FİFA reytinqində gerilədi
“Milan” Levandovskiyə maraq göstərir
“Real”ın müdafiəçisi millinin oyununda zədələndi
“Yuventus” Kenan Yıldızla razılığa gəldi
De La Fuente Türkiyə ilə heç-heçədən danışdı
Fransa Superkubokunun oyunu başqa ölkədə keçiriləcək
Elçin Məsiyev zədələndi, oyunun hakimi dəyişdi
"İnter" derbiyə itki ilə çıxacaq
Bellinqem, Palmer, Virtz, Vitinya...
Zədəli Osimhenin durumu açıqlandı
İlin klubu adına namizədlər hansılardır?
Azərbaycan güləşçisi İslamiadada finala yüksəldi