"Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayev ölkəsinin mətbuatına müsahibə verib.
Qol.az xəbər verir ki, o, hazırda karyerasının ən yaxşı dövrünü keçirdiyini deyib: "4 qol vurmuşam, iki qol ötürməsi vermişəm. Hər matç 90 dəqiqə oynayıram. Hər görüşdə meydanda 11-12 kilometr qaçıram. Bunlar kifayət qədər yaxşıdır və demək olar ki, karyeramın ən yaxşı vaxtındayam. Ötən ilin birinci yarısındə "Hapoel"də aldığım zədə məni narahat edirdi. Amma mövsümün sonuna yaxın bərpa oldum və 5 matçda 2 qol vurdum, 3 qolun isə ötürməsini verdim".
27 yaşlı yarımmüdafiəçi Azərbaycan və İsrail çempionatlarının fərqi ilə bağlı sualı belə cavablandırıb: "Bu çempionatların səviyyəsi demək olar ki, bərabərdir. İsrail çempionatında xüsusi bir şey olduğunu söyləsəm, yalan danışaram. İndi irəliləyirəm, lazım olduğu kimi və daha yaxşı oynayıram. Müqayisələrə və kənar fikirlərə əhəmiyyət vermirəm".
O, hədəfləri haqda danışıb: "Hədəfim yüksəkdir. Böyük uğurlara nail olmaq istəyirəm. Mən özümə inanıram və nəyə layiq olduğumu bilirəm. Daha böyük klublarda oynamaq istəyirəm. İstər xarici, istərsə də İsrail klublarından biri ilə müqavilə imzalayıb düşündüyüm həyatı qurmağa çalışardım. Konkret komanda adı deyə bilmərəm. Amma mən zirvədə olmaq istəyirəm. Düşünürəm ki, bu irəliləyişin zamanı gəlib. Özümüü hazır hiss edirəm”.
Ə.Ağayev Azərbaycan millisində oynamağı seçib-seçməyəcəyi ilə bağlı bunları deyib:
"Mənim artıq 19 yaşım yoxdur. Öz karyeramın inkişafı üçün hər şeyi edəcəyəm. Baxaq, görək necə olacaq. Hazırda milli ilə bağlı seçimim yoxdur. Ona görə də qərar vermək üçün vaxt var".
"Sumqayıt"ın legioneri Bakının onu və ailəsini təəccübləndirdiyini söyləyib: "Bakı gözəl və qiymətlərin ucuz olduğu şəhərdir. Oranın insanları xeyirxahdır və israilliləri sevirlər. Bakıda özümü heç vaxt yad hiss etmirəm. Xaricdə hamilə həyat yoldaşımla və biri on aylıq olan iki qızımla yaşamaq çətindir. Mənim xanımım qəhrəmandır. Mən bunların öhdəsindən gələ bilməzdim. O, bütün həyatını mənə həsr edib".
Azərbaycan millisi 4-cü oldu
Reşford zədələndi
"Monako" Hütterlə yolları ayıra bilər
Millimiz gümüş medal qazandı - III MDB Oyunları
Azərbaycan millisi ilə oyunu buraxacaq
"Çelsi"nin kapitanı millinin heyətindən çıxarıldı
1-ci liqada oyunların vaxtı açıqlandı
Avarçəkmə yarışları başa çatdı - III MDB Oyunları
Azərbaycan millisi MDB Oyunlarında finala yüksəldi
“Oyunçularımıza inanıram” - Rəşad Eyyubov
“Napoli”nin yarımmüdafiəçisi İngiltərə klubunun hədəfində
Buffonun oğlu A seriyasında debüt etdi
Kannavaronun Özbəkistan millisinə təyinatı rəsmiləşdi
Rodri İspaniya millisinin heyətindən çıxarıldı
“Sabah”dan Mikelsin durumu ilə bağlı açıqlama
"Turan Tovuz"da yeni müqavilə
“Real”ın gənc oyunçusu “Marsel”ə keçə bilər
Ter Ştegen üçün İngiltərədən üç təklif
Premyer Liqada 700-cü, səfərdə 350-ci
Azərbaycan çempionatında mövsümün rekordu qeydə alındı
“Məşqçilik karyeramda yaşadığım ən pis gündür” - Arda Turan
“Barselona” Arauxo üçün 40 milyon avro tələb edir
Lunyov “Qarabağ”la bağlı suala belə cavab verdi
"Kəpəz"in 7-ci uğursuzluğu
Azərbaycan gimnastı dünya kuboku seriyalarının qalibi oldu
Emin Mahmudov üçün yubiley
Qvardiola Premyer Liqada tarixi rekorda imza atdı
Azərbaycan kubokunda buhəftəki oyunların hakimləri
Boksçumuz Avropa çempionatının yarımfinalında
III MDB Oyunlarında günün proqramı
“Yuventus” “Milan”la heç-heçəyə razılaşdı - Video
“Mançester Siti”nin yarımmüdafiəçisi sıradan çıxdı
"Mançester Siti"dən qələbə
Renatın komandası səfərdə uduzdu