Mourinyo sarı vərəqə alması haqda - "Axmağa qarşı kobudluq etdim"

Mourinyo sarı vərəqə alması haqda -  "Axmağa qarşı kobudluq etdim"
DÜNYA FUTBOLU 1 Yanvar 2020 / 22:55 4685
-  A +

“Tottenhem”in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 21-ci turunda bu gün “Southempton”la səfər oyununda sarı vərəqə ilə cəzalandırılıb.

Qol.az xəbər verir ki, portuqaliyalı mütəxəssis matçın sonuna yaxın rəqib komandanın texniki zonasına gedərək “Southempton”un baş məşqçisi Ralf Hazenxyuttlın taktiki qeydlərini etdiyini dəftərçəyə baxıb. Görüşün baş hakimi isə texniki zona qaydasını pozduğu üçün ona sarı vərəqə göztərib.

Mourinyo 0:1 hesabı ilə uduzduqları görüşdə sonra sözügedən epizodu şərh edib. O, hərəkətini belə izah edib: “Kobudluq etdim, amma bir axmağa qarşı kobudluq idi. Mən sarı vərəqəyə layiq idim. Oradakı oğlana (“Southempton”un məşçilərindən birini nəzərdə tutur – red.) pis söz dedim”.



Bizi Feysbukda da izləyin!

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda