“Sumqayıt” klubunun və Azərbaycanın gənclərdən ibarət milli komadasının üzvü Səbuhi Abdullazadə karyerasını Türkiyədə davam etdirə bilər.
Qol.az-ın xəbərinə görə, bu haqda məlumatı Türkiyənin “Sabah” qəzeti yazıb. Bildirilib ki, “Trabzonspor” klubu bir müddətdir oyununu izlədiyi 18 yaşlı yarımmüdafiəçini transfer etmək qərarı verib. Səbuhinin Qara dəniz təmsilçisinin aşağı yaş qrupu üzrə komandası üçün düşünüldüyü bildirilib.
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Qol.az saytına açıqlamasında bildirib ki, S.Abdullazadə bir müddətdir yaşı 18-dək olan futbolçuların oyunlarını izləyən xarici menecerlərin maraq dairəsindədir. Onlar hətta futbolçunun Azərbaycan Premyer Liqasında üç oyununa canlı baxıblar:
“Həmin matçlar sırasında “Qarabağ”la son oyunumuz da vardı. Səbuhi Xorvatiyanın “Osiek” klubunun akademiyasında da təcrübədə olub. O, bu mövsüm "Sumqayıt"da 12 oyun keçiririb. Ola bilər, həmin menecerlər futbolçumuzu hansısa xarici kluba təklif ediblər. Amma bu haqda bizim məlumatımız yoxdur və kluba rəsmi təklif daxil olmayıb. Belə bir şey olsa, biz gənc futbolçumuzun ölkə xaricinə çıxmasına kömək edərik”.
"Bavariya" Noyeri itirdi
"Milan"da yeni müqavilə
Messinin rekordunu qırdı
Zubirin yubiley oyunu
“Arsenal” Bundesliqada çıxış edən qapıçı ilə maraqlanır
"Real" bəzi futbolçuları ilə sağollaşmağa hazırlaşır
İngiltərə klubunda yeni antirekord
“Qarabağ”dan möhtəşəm qələbə - Video
"Mançester Siti"dən inamlı qələbə, Haaland dubl etdi
Türkiyədə baş məşqçi klubu tərk edir
“Kadinin yoxluğu təsirsiz ötüşmür” - Qurban Qurbanov
Azərbaycanın dünya boksunda 8-ci qızılı
“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz-Naxçıvan”a qalib gəldi
Qurbanova GÖZƏL dəstək
"Milan" liderlik yolunda büdrədi
"Barselona" klubu ərəb şahzadəsinə satıla bilər
La Liqada oyun təxirə salındı
Tahir Gözel Əkbərlə görüşdü
"Hər halda bizim avrokuboklara vəsiqə qazanmağımızı gözləmirsiniz" - Kaxaber Sxadadze
"Qarabağ" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Viktor Qonçarenko milli komandanın baş məşqçisi olacaq
"Zirə"nin futbolçusu Afrika Millətlər Kubokuna gedir