"Çempionlar Liqasının final oyunları bəzi şəhərlərdə bu səviyyədə keçirilmir".
Qol.az "Azərtac"a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev dekabrın 25-də Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı deyib.
"İndi bizim böyük şəhərlərdə idman komplekslərimiz var, ancaq kənd yerində bu, yoxdur. Düzdür, bəzi kəndlər şəhərlərə yaxın yerləşir və orada yaşayan uşaqlar, yeniyetmələr idman komplekslərinə gedə bilirlər. Ancaq bəzi ucqar kəndlər var. Ona görə kənd idmanının inkişafı üçün xüsusi proqram tərtib edilməlidir, buna diqqət verilməlidir. Ucqar kəndlərdə yaşayan uşaqlar bəzi hallarda bilmirlər nə ilə məşğul olsunlar. Orada o bölgəyə uyğun olan formada idman qurğuları tikilməlidir, yarışlar keçirilməlidir, rayon yarışları. Nə üçün bizdə rayon yarışları keçirilmir? Hesab edirəm ki, bu, böyük boşluqdur, böyük qüsurdur. Rayon idman yarışları keçirilsin. Bu, həm idmanın inkişafına xeyir verər, həm də idmanın kütləviliyini təmin edər. Ona görə idmanla məşğul olan bütün qurumlara mənim tapşırığım bundan ibarətdir. O ki qaldı, gələcək fəaliyyətimizə, Azərbaycanda bundan sonra da beynəlxalq idman yarışları keçiriləcək. Bu baxımdan bu il əlamətdar il olmuşdur. Bir neçə dünya, Avropa çempionatı keçirilmişdir, gimnastika üzrə, digər idman növləri üzrə. O cümlədən Avropa Gənclər Olimpiya Festivalı keçirilmişdir. Bakı şəhərinə Avropanın bütün ölkələrindən yeniyetmələr, gənclər gəlmişlər. Bildirməliyəm ki, bizim gənclərimiz də yaxşı nəticə göstərmişlər, komanda hesabında 4-cü yerə layiq görülmüşlər. Bu il Bakıda daha bir əlamətdar idman yarışı keçirilib. Futbol üzrə Avropa Liqasının final oyunu ilk dəfə olaraq Azərbaycanda, Bakı Olimpiya Stadionunda keçirilibdir. Bütün təşkilati məsələlər ən yüksək səviyyədə öz həllini tapıb, bunu da mən xüsusilə qeyd etmək istəyirəm. Çünki minlərlə xarici tamaşaçı, xarici qonaq gəlmişdir. Minlərlə qonağın bir gün, iki gün ərzində gəlməsi əlbəttə ki, bizim üçün müəyyən problemlər yarada bilərdi, ictimai nəqliyyatla, təhlükəsizliklə bağlı. Həmçinin hava limanında təyyarələrin, o cümlədən çarter təyyarələrin enişi ilə bağlı müəyyən problemlər ola bilərdi. Ancaq bütün müvafiq qurumlar, Təşkilat Komitəsi çox səmərəli işləyiblər. Ümumi rəyə əsasən, təşkilati məsələlərə görə Bakı Avroliqa final yarışı nümunə kimi göstərilir. Mən indi başqa şəhərlərdə buna oxşar yarışların keçirilməsi ilə bağlı bir söz demək istəmirəm, ancaq bizə gələn məlumata görə, hətta Çempionlar Liqasının final oyunları bəzi şəhərlərdə bu səviyyədə keçirilmir. Bizdə olan nizam-intizam, qayda-qanun, təşkilati məsələlər, könüllülərin fəaliyyəti, bütün aidiyyəti qurumların birgə fəaliyyəti bunu təmin edibdir", - dövlət başçısı qeyd edib.
"Gələn il bizdə yenə də mötəbər idman yarışlarının keçirilməsi nəzərdə tutulur" deyən Prezident İlham Əliyev bildirib ki, onların arasında bir nömrəli yarış futbol üzrə Avropa çempionatının dörd oyunudur, onlardan biri dörddəbir finaldır: "Artıq tarixlər də bəllidir, hazırlıq işləri də aparılıb, xaricdən gələn çox böyük tamaşaçı auditoriyası olacaq. Əminəm ki, bu yarış da ən yüksək səviyyədə keçiriləcək və Azərbaycan öz imkanlarını, o cümlədən təşkilatçılıq qabiliyyətini bir daha göstərəcəkdir".
Bizi Feysbukda da izləyin!
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!
Futbolumuzun Mikels qardaşları ilə - Reportaj
Benzema: "Peres qalsa, "Real"a qayıda bilərəm"
Tramp bu gün Ronaldo ilə görüşəcək
İspaniya - Türkiyə oyunu bu kanallarda
"Heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”
Keyn Peleni geridə qoydu
Almaniyanın 6 qollu qələbəsi - Video
DÇ-2026-nın daha iki iştirakçısı müəyyənləşdi
Yankoviç Xorvatiyaya qarşı oynadı
Almaniya, Çexiya və Niderlanddan darmadağın - DÇ-2026
“Mançester Yunayted”in hücumçusu bir ay oynamayacaq
"Rəqibdən asılı olmayaraq qələbə hər zaman gözəldir"
Türkiyə millisinin futbolçusu İngiltərə klubunun hədəfində
Benzema “Real”ı və Çempionlar Liqasını yaxından izləyir
“Mançester Siti” Valentino ilə maraqlanır
Endrikin Fransa klubuna keçməsi ilə bağlı şərtlər bəlli oldu
Fransa millisinin üzvü: "Vurduğum qolla qürur duyuram"
Ülvi Babayev gələcək hədəflərini açıqladı
“Barselona” uzun fasilədən sonra “Kamp Nou”ya qayıdır
"Şəki Siti", "Qaradağ Lökbatan" və "Xankəndi"dən qələbə
“Şamaxı”nın futbolçusu U-21-ə dəvət olundu
PFL-in direktoru Çempionlar Liqasının oyununda
“Liverpul”dan Konate üçün son addım
Millimizin seçmə mərhələdəki oyunlarının təqvimi
Beş futbolçu Türkiyə millisinə kömək edə bilməyəcək
Superliqa tarixinin ən bahalı transferi ola bilər