Son vaxtlar maliyyə çətinliyi ilə üzləşən “Səbail”i qış fasiləsində bir neçə futbolçunun tərk edəcəyi gözlənilir. Onlar arasında daha çox Maykl Essyen, Rahid Əmirquliyev və Mirabdulla Abbasovun adı çəkilir.
Komandadakı son durumla bağlı Qol.az-a açıqlama verən baş məşqçi Aftandil Hacıyev hələlik onlara getmək üçün müraciət edən futbolçunun olmadığını bildirib:
“Bu futbolçuların adlarının hallanması normaldır. Çünki yaydan indiyə qədər klub maliyyə baxımından sıxıntı içindədir. Bu, artıq futbolçularda da narahatlıq yaradıb. Amma konkret kimin gedəcəyi bəlli deyil. Bir söz deyə bilmərəm. Heç bir futbolçu bizə getmək istəməsi ilə bağlı müraciət etməyib”.
Aftandil Hacıyev komandadan ayrılan Elvin Yunuszadənin əslində intizamsızlığına görə onun tərəfindən göndərilməsi ilə bağlı yayılan xəbərləri təsdiq etməsə də, təkzib də etməyib: “Ümumiyyətlə, bu, Elvinlə bağlı ilk belə xəbər deyil. Hamı bilir ki, intizama fikir verən deyil. Vaxtilə ölkənin ən perspektivli müdafiəçilərindən olub. Sadəcə, üzərində az işləyən futbolçu kimi tanınıb. Ancaq onunla yollarımızın ayrılmasının səbəbi məhz bu deyil. Bildiyiniz kimi, klubdakı vəziyyətə görə ona da çətin idi. Bir ildir Elvinlə bir yerdə çalışırıq. Bu kimi hallar olanda Elvin də digər futbolçular kimi sadəcə cərimələnib.
Durumumuz yaxşı olsaydı, düşünmürəm ki, hər hansı bir intizamsızlıq böyük problemə çevrilərdi. Onun kodekslə həll olunması mümkün idi. Ancaq bu gün Elvinin də komandada güclə qalmasının istəmədik. Belə başa düşdüm ki, özü də klubunu dəyişmək istəyir”.
A.Hacıyev komandanın qışdan sonrakı aqibətinin hələlik bəlli olmadığını, bununla bağlı yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcəyini qeyd edib: “Çempionatın ikinci yarısına necə hazırlaşacağımızı, kimlərlə davam edəcəyimiz müzakirə etməliyik. Çünki hələ yaydan kifayət qədər komandanı tərk edən oyunçularımız oldu. Onların yerlərin doldurmalıyıq. Bu haqda geniş söhbətimiz olacaq”.
Qadın futbolunda ilin ən yaxşı qol müəllifi bəlli oldu
"Mançester Siti"nin hücumçusu mövsümü başa vurdu
İlin rəmzi komandasında hansı futbolçular var?
Dünyada ilin ən yaxşı qadın futbolçusu o oldu
İlin ən yaxşı məşqçisi açıqlandı
Dünyada ilin ən yaxşı futbolçusu rəsmən elan edildi
İlin ən baxımlı qol müəllifi bəlli oldu
PSJ Mbappenin təzminatı barədə açıqlama verdi
"Mançester Yunayted" Fernandeşlə bağlı qərarını verdi
Çempionluq paradında insanları əzən şəxsə ağır cəza verildi
İngiltərə klubunun baş məşqçisi klubla yollarını ayırır
Maaşlar ödənilmədi, futbolçular klubu tərk etdi
"Qarabağ"ın qış hazırlıq planı bəlli oldu
FİFA-nın seçimində dünyada ilin ən yaxşı qapıçısı oldu
Məhkəmə qərar verdi: PSJ Mbappeyə təzminat ödəyəcək
"Xankəndi" 6 qolla qalib gəldi
“Baku Sportinq”in futbolçusuna 3 oyunluq cəza
"Neftçi"nin legioneri milliyə çağırıldı
"Qəbələ"nin futbolçusu cəzalandırıldı
AFFA bu klubları cərimələdi
Volkanı Metin əvəzlədi
"Dörd aydır maaş almırıq, ayıb deyil?"
Brendan Rocersin yeni klubu açıqlandı
"Mançester Siti" onu nişan alıb
Mareska gedir, Xavi gəlir
Rüstəm Əhmədzadənin yubiley oyunu
"Azərbaycanda məşqdən sonra qutab yeməyə gedirik"
Azərbaycan Premyer Liqasında 10-cu ukraynalı baş məşqçi
18 ildən sonra
Jardim istefa verdi
“Qarabağ”a qalib gələn klubun 5 ulduzlu yeni bazası - Video
Belçika millisinin üzvü "Milan"la müqaviləni uzatdı - Rəsmi
Babək Quliyev Konfrans Liqasının oyununda
İspaniya millisinin sabiq üzvü Messinin komanda yoldaşı oldu
Taliska başladı, Asensio bitirdi - Video
“Old Trafford”da 8 qol vuruldu
Turun son qalibi “Roma” oldu
Azərbaycanın 4 boksçusu Avropa çempionatının finalında
“Fənərbaxça” “Konyaspor”u darmadağın etdi
“Sumqayıt” 7 dəqiqədə 2 qol vurdu - Video
Zədəli Çalhanoğlu komandası üçün meydana çıxacaq
Bredli MLS təmsilçisinin baş məşqçisi təyin olundu
"İnter Mayami" "Real"ın sabiq oyunçusu ilə razılaşdı