"Komandadan ayrılacaq futbolçular bəllidir" - Aftandi Hacıyev

"Komandadan ayrılacaq futbolçular bəllidir" -  Aftandi Hacıyev
ÖLKƏ FUTBOLU 15 Dekabr 2019 / 19:54 3422
-  A +

“Qış fasiləsinə yaxınlaşırıq. Çempionatda vəziyyətimiz yaxşı olmasa da, qarşıda hələ 2 dövrə var. Vəziyyəti yaxşılaşdırmağa vaxt var, amma kubokda belə şansımız yoxdur".
 
Qol.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/4 finalının "Zirə" ilə ilk oyunundan sonra mətbuat konfransında deyib. 

O, qolsuz başa çatan matçı belə şərh edib: "Bu gün hər iki komanda yaxşı oynadı, iki epizodumuz oldu ki, onları qola çevirsəydik, ikinci oyuna üstün yollanardıq. Həvəsdən düşmürük. Hücumçusuz oynayırıq. Ara-sıra yerliləri dəyişirik. Hər iki komanda ehtiyat edirdi. Düşünmürəm ki, bu gün müdafiədən oynadıq. Mirabdulla Abbasov bu gün hazır deyildi. Futbolçular çalışdılar, amma bu, kifayət etmədi. Hər kəs nəticəni düşünürdü".

A.Hacıyev qışda komandadan göndəriləcək futbolçuları müəyyənləşdirdiyini deyib: "Maddi vəziyyətimiz yaydan etibarən yaxşı deyil. Ona görə də hücumçu transfer edə bilmirik. Bu gün biz də hücum etdik. 90 dəqiqə boyunca hər fürsətdən istifadə etməyə çalışdıq. Komandadan ayrılacaq futbolçuları özüm üçün müəyyən etmişəm, amma son oyunu gözləmək məsləhətdir. Hər futbolçudan istifadə edə bilərik. Son oyundan sonra futbolçularla danışacağıq”

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı