"Rəqibi təbrik edirəm. Onlar bizdən daha ağıllı oynadılar. "Qəbələ"nin heyətində 3, 6, 9 və 10 nömrəli futbolçuları fərqləndirərdim. Onlar meydanda fərq yaratdılar".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan kubokunun 1/4 finalının "Qəbələ" ilə ilk oyunundan sonra mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis böyükhesablı məğlubiyyəti (0:3) belə şərh edib: "İkinci hissədə göstərdiyimiz oyuna görə bir söz deyə bilmərəm. Əllərindən gələni etdilər. Bilirsiniz, futbolu qola görə oynayırlar. Yaxşı oynayıb, qol vurmursansa, bunun bir mənası yoxdur. Keyfiyyət bu oyunda da öz sözünü dedi".
O, cavab matçında geridönüş etmələrinin mümkün olduğunu bildirib: "Həyatda da çox nikbin insanam. Əlbəttə, ümid edirəm. Bunun üçün bütün gücümüzü ortaya qoymalı və ən azı 3 qol vurmalıyıq. Ancaq onu da deyim ki, son oyunlarda çox qol vurmamışıq. Bu, yenə də keyfiyyətin göstəricisidir".
Sopiç bu oyundan sonra qışda komandadan gedəcək futbolçuların siyahısına yeni adlar əlavə olunacağını deyib: "Bu, bizim imkanlarımız bağlıdır. Çempionatda bizdən aşağıda olan rəqibdən cəmi 1 xal irəlidəyik. Cərimə meydançasına 25 asma edib təhlükə yarada bilmiriksə, bizə nə lazım olduğunu artıq bilirik.
İlk dəfə Qəbələdə olan Sopiç oradakı infrastrukturu Xorvatiya klubları ilə müqayisə edib: "Deyə bilərəm ki, Xorvatiyada heç bir klubun bu cür 11 meydançası yoxdur. Klub təşkilatçılığı barədə nəsə deyə bilmərəm. Amma eşitdiyimə görə, Qəbələdə 11 məşq meydançası var. Bu isə çox yüksək göstəricidir. Bizdə belə şəraitə malik olan komandalar yoxdur".
“Barselona” Yamalsız qaldı
“Zirə” və “Neftçi”dən dramatik bərabərlik – 2:2 - VİDEO
Rəşad Sadıqov “Neftçi” ilə oyundan danışdı
“Hakim görünməyən VAR-dan penalti çıxardı” - Samir Abasov
Zirədə dramatik sonluq, “Araz Naxçıvan”dan qələbə
“Araz-Naxçıvan” “İmişli”yə belə qalib gəldi - Video
Elmar Baxşıyev: “Zamanla daha güclü olacağıq”
“İmişli”nin baş məşqçisindən məğlubiyyətə şərh
“Zirə” - “Neftçi” - Heyətlər
Tuhel: “O futbolçularla şəxsi problemim yoxdur”
"Tottenhem" Bentankurla müqaviləni uzatdı
"Bayer" Argentina millisinin üzvü ilə müqavilə imzaladı
"Araz-Naxçıvan" - "İmişli": Heyətlər
Türkiyə millisinin heyəti açıqlandı
"Qarabağ"dan daim yarım saniyə geridə idik" - Elyunussi
Zidanın oğlu ilk dəfə milliyə çağırıldı
Azərbaycan III MDB Oyunlarında növbəti qızıl medalı qazandı
Loran Blanı Konseysau əvəzləyir
"Qəbələ"nin futbolçusu dünya çempionatında qol vurdu
Mən bu səbri bircə Lobanovskidə görmüşdüm...
Çempionlar Liqasındakı qələbəyə görə yüksək mükafat
DÇ-2026-nın topu təqdim edildi - Şəkil