Sabah Azərbaycan kubokunun 1/4 final qarşılaşmalarına start veriləcək.
Mübarizəyə bu mərhələdən qoşulab "Qəbələ" doğma meydanda "Sabah"ı qəbul edəcək. Əyslət təmsilçisi 4 gün sonra paytaxt klubu ilə Bakıda cavab oyunu keçirəcək.
Qol.az xəbər verir ki, "Qəbələ" ölkə kubokunda 15-ci mövsümünə start verəcək. Komanda əvvəlki 14 il ərzində 64 matça çıxıb. Sabah 65-ci görüşünı çıxacaq "qırmızı-qaralar" bu oyunlarda 34 qələbə qazanıb, 17 heç-heçə edib və 13 dəfə uduzub. Turnirdə 106 qol vuran "Qəbələ" qapısında 53 top görüb.
Azərbaycan Kubokunda 2005-2006-cı illər mpvsümündə debüt edən komanda ötən il mükafata yiyılənib. Komanda 3 dəfə finalda (2013/2014, 2016/17, 2017/2018), 3 dəfə də yarımfinalda (2007/2008, 2008/2009, 2015/16) uduzub. 4 dəfə 1/4 finalda (2010/2011, 2011/2012, 2012/2013, 2014/2015) mübarizəni dayandıran “qırmızı-qaralar” 2005/2006, 2006/2007 və 2009/2010 mövsümlərində 1/8 final səddini keçə bilməyib.
Kubokdakı 64 qarşılaşmada “Qəbələ”nin heyətində 190 futbolçu meydana çıxıb. Onlar arasında rekordçu Ürfan Abbasovdur – 28 oyun. Vojislav Stankoviç 21, Cavid Hüseynov 19, Samir Zərgərovla Elvin Camalov 18, Dmitri Bezotosnı 17 kubok matçında şans qazanıb. Hazırda heyətdə olan Asif Məmmədovun hesabında 15 oyun var.
Ölkə kubokunda vurulan 106 qola 55 futbolçu imza atıb. İki top isə rəqib avtoqol hesabına gerçəkləşib. “Qəbələ”nin heyətində ən çox qol sevinci yaşayan Kənan Kərimov 7, Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənib. Viktor Mendi, İbrahim Hüseynov, Daniel Subotiç, Aleksey Qay və Baqali Dabo 4 dəfə rəqib qapısılarına yol tapıb.
Ötən il də 1/4 finalda "Sabah"a rəqib olan "Qəbələ" hər iki matçda 1:0 hesabı ilə qalib gəlib. Qəbələ şəhər stadionundakı qarşılaşmada Filip İvanoviçin avtoqolu həlledici olubsa, Bakıdakı cavab görüşündə Ceyms Adeniyi qələbə qolunun müəllifi olub.
Xatırladaq ki, “Qəbələ” – “Sabah” oyunu sabah saat 15:00-da başlayacaq.
Azərbaycan millisi 4-cü oldu
Reşford zədələndi
"Monako" Hütterlə yolları ayıra bilər
Millimiz gümüş medal qazandı - III MDB Oyunları
Azərbaycan millisi ilə oyunu buraxacaq
"Çelsi"nin kapitanı millinin heyətindən çıxarıldı
1-ci liqada oyunların vaxtı açıqlandı
Avarçəkmə yarışları başa çatdı - III MDB Oyunları
Azərbaycan millisi MDB Oyunlarında finala yüksəldi
“Oyunçularımıza inanıram” - Rəşad Eyyubov
“Napoli”nin yarımmüdafiəçisi İngiltərə klubunun hədəfində
Buffonun oğlu A seriyasında debüt etdi
Kannavaronun Özbəkistan millisinə təyinatı rəsmiləşdi
Rodri İspaniya millisinin heyətindən çıxarıldı
“Sabah”dan Mikelsin durumu ilə bağlı açıqlama
"Turan Tovuz"da yeni müqavilə
“Real”ın gənc oyunçusu “Marsel”ə keçə bilər
Ter Ştegen üçün İngiltərədən üç təklif
Premyer Liqada 700-cü, səfərdə 350-ci