Azərbaycan Premyer Liqasının XIV turunun “Səbail”lə oyunundakı 4:1 hesablı qələbə “Zirə” üçün əlamətdar olub.
Qol.az-ın klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, qəsəbə təmsilçisi tarixində 80-ci dəfə qaib gəlib. 2014-cü ildə yaranan komanda bunlardan 51-nə Premyer Liqa, 19-na Birinci divizion, 8-nə Azərbaycan kuboku, 2-nə Avropa Liqasında imza atıb. Qələbələrdən 46-sı ev, 34-ü səfər matçlarında əldə olunub. 80-ci uğur 183-cü qarşılaşmada gerçəkləşib. Xatırladaq ki, 2014-cü il sentyabrın 7-də Birinci divizionda MOİK-i qəbul edən “Zirə” ilk matçında qalib gəlib. “Səbail”lə matç klub tarixində 15-ci böyükhesablı qələbə kimi düşüb. Birinci divizionda 6, Azərbaycan kubokunda 2 belə nəticəsi olan “Qartallar” Premyer Liqada 7-yə çatıb. Çempionatdakı son belə qələbə 2019-cu il mayın 11-də keçirilən “Sabah”la səfər görüşünə təsadüf etmişdi – 3:0.
Dekabrın 4-də Azərbaycan kubokunun 1/8 finalında “Qaradağ-Lökbatan”a da böyük hesabla (4:0) qalib gələn “Zirə” ardıcıl ikinci dəfə 3 və ya daha çox top fərqilə qələbə qazanıb. Bu, klubun tarixində ikinci belə hadisədir. Ardıcıl iki matçda belə nəticənin qeydə alınmasına I divizionda çıxış etdiyi 2014/15 mövsümündə təsadüf olunub. “Qartallar” 2015-ci ilin mayında səfərdə “Göyəzən”i 6:0, evdə “Mil-Muğan”ı 5:1 hesabı ilə yenib.
Levandovski qayıtdı
"İnter"dən yeni transfer
"Sumqayıt" "Qarabağ"a belə qalib gəldi - Video
"Bu məğlubiyyətin faydası olacaq" - Qurban Qurbanov
"Mən çempion olmaq istəyərdim" - Saşa İliç
"İmişli" - "Neftçi" matçından - Video
"Oyunçuların gözündə qələbə istəyi var" - Samir Abasov
Samir Abasovu şoka salan ağlasığmaz epizod - Video
"Qarabağ" - "Sumqayıt" : Heyətlər
Millimizin Ukrayna ilə oyununun yeri dəyişdirildi
Azərbaycanın U-17 millisinin oyunlarının vaxtı müəyyənləşdi
"Çelsi"dən La Liqa klubuna - Rəsmi
"İmişli" - "Neftçi": Heyətlər
"Qarabağ"dan ayrılan Veşoviçin yeni klubu açıqlandı
"Vest Hem"in futbolçusu "Fənərbaxça"ya keçdi - Rəsmi
"Qalatasaray" Nelsonu icarəyə verdi
"Bavariya"dan PSV-yə
Qadın futbolunda yeni transfer rekordu
"Mançester Siti" Ruben Diaşla müqaviləni uzatdı
Azərbaycanda oynayırdı, Rumıniya klubuna keçdi
Dzeko 21-ci əsrin "10-luğ"unda
Məsiyev Riera və 7 futbolçuya sarı vərəqə göstərdi