"Keşlə"nin futbolçusu Xəzər Mahmudov Azərbaycan Premyer Liqasının 14-cü turunda səfərdə "Qarabağ"la 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Premyer Liqada ilk oyununuz idi. Həyəcanlı deyildiniz?
- Bir az həyəcan var idi. Matçın çətin keçəcəyini gözləyirdik. Belə də oldu. Şükürlər olsun ki, "Qarabağ" kimi komandadan 1 xal ala bildik. Tərlan müəllim çox sağ olsun, bu cür oyunda şans verdi. Mən də əlimdən gələni etməyə çalışdım.
- Rəqibin "Qarabağ" olması sizə əlavə motivasiya vermirdi?
- Hamı istəyər ki, "Qarabağ"a qarşı oynasın. Motivasiyam da çox yaxşı idi. Meydana çıxıb, öz oyunumu oynadım.
- Sizcə oyununuz nə qədər alındı?
- Bunu mən deyə bilmərəm. Məşqçilər korpusu daha yaxşı bilir. Tərlan Əhmədovdan soruşsanız, daha yaxşı olar.
- Tərlan Əhmədov həmişə deyir ki, ehtiyat oyunçular skamyasında kasadlıq var, əvəzetmə üçün əlimdə yaxşı futbolçular yoxdur. Necə düşünürsünüz, qış fasiləsindən sonra Frutosun əvəzləyicisi ola bilərsinizmi? Yəni, Premyer Liqada çıxış etmək üçün özünüzü hazır hiss edirsiniz?
- Bəli, özümü hazır hiss edirəm. Rəqabətə də həmişə hazıram.
- Kubok qarşılaşmasında dubl etdiniz. Bunu növbəti oyunlarda təkrarlaya biləcəksinizmi?
- İnşallah, təkrarlayaram, daha yaxşı olar.
- Bu matç kubokda "Qarabağ"ı adlamaq baxımından nəyi göstərdi?
- Bunu gələcək göstərəcək. Allahın köməkliyi ilə keçərik.
- Yəni, ən azından mübarizə aparmağın mümkün olduğunu gördünüz.
- Bəli. Məğlubedilməz komanda yoxdur. İnşallah, "Qarabağ"a qalib gəlib, mərhələni keçərik.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!
Futbolumuzun Mikels qardaşları ilə - Reportaj
Benzema: "Peres qalsa, "Real"a qayıda bilərəm"
Tramp bu gün Ronaldo ilə görüşəcək
İspaniya - Türkiyə oyunu bu kanallarda
"Heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”
Keyn Peleni geridə qoydu
Almaniyanın 6 qollu qələbəsi - Video
DÇ-2026-nın daha iki iştirakçısı müəyyənləşdi
Yankoviç Xorvatiyaya qarşı oynadı
Almaniya, Çexiya və Niderlanddan darmadağın - DÇ-2026
“Mançester Yunayted”in hücumçusu bir ay oynamayacaq
"Rəqibdən asılı olmayaraq qələbə hər zaman gözəldir"
Türkiyə millisinin futbolçusu İngiltərə klubunun hədəfində