"Atletiko" Ronaldodan qorxmur" - Enrike Serezo

"Atletiko" Ronaldodan qorxmur" -  Enrike Serezo
DÜNYA FUTBOLU 26 Noyabr 2019 / 22:55 2407
-  A +

“Ümid edirəm ki, qalib gələcəyik və növbəti mərhələyə keçəcəyik. Sizcə, bura niyə gəlmişik?”

Qol.az xəbər verir ki, bu sözləri “Atletiko”nun prezidenti Enrike Serezo Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunda “Yuventus”la keçiriləcək səfər oyunu öncəsi deyib.

Klub rəhbəri İspaniya mətbuatına açıqlamasında ötən mövsüm Turin təmsilçisi ilə mübarizədə məğlub olmalarına baxmayaraq, səfərə iddialı gəldiklərini bildirib: “Bütün oyunlar fərqlidir. Evdə 2:0 qalib gəldik, penaltimizi vermədilər. Səfərdə 0:3 uduzduq. Ancaq indi bizi başqa oyun gözləyir. Bizə sadəcə, bir xal lazımdır”.

Serezo rəqibin lider futbolçusu Kriştiano Ronaldodan çəkinmədiklərini də deyib: “Atletiko” Ronaldodan qorxmur. Biz əvvəllər də onun komandasının bir neçə də məğlub etmişik. Bunu yenə davam etdirəcəyik”.

Xatırladaq ki, “Yuventus” – “Atletiko” oyunu bu gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Son xəbərlər
26.05.24  11:55

Ozobiç üzr istədi