“Oyunun gərgin keçəcəyini gözləyirdik. Bilirdik ki, rəqib daha çox müdafiə olunacaq, əks-hücumlarda qol vurmağa çalışacaqdı”.
Qol.az xəbər verir ki, bu sözləri U-21 millimizin baş məşqçisi Milan Obradoviç Avropa çempionatının seçmə mərhələsində bu gün Lixtenşteynlə keçirilən görüşdən sonra mətbuat konfransında deyib.
Serbiyalı mütəxəssis Sumqayıtda qazandıqları qələbəni (1:0) belə şərh edib: “Fasilədə uşaqlarla söhbətimizdə bunu onların diqqətinə çatdırdıq və bir qədər səbrli, soyuqqanlı olmalarını tapşırdıq. Hücumlarımızı daha çox cinahlardan qururduq. İsveçrə ilə oyunda da hücumları cinahdan qurmuşduq, amma həmin görüşdə daha çox hava ötürmələrinə üstünlük vermişdik. Futbolçulara bu dəfə yerlə oynamalarını tapşırmışdıq.
Bu gün satdionda bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür edirəm”.
İngiltərə Premyer Liqasında mövsümün rəmzi komandası
La Liqada mövsümün ən yaxşı məşqçisi adına namizədlər
AFFA U-15 Liqasının qalibi məlum oldu
"Milan"ın yeni idman direktoru açıqlandı
"Everton"da 4 ayrılıq
"Mançester Yunayted"dən 100 milyonluq transfer icazəsi
Xabi Alonso "Real"a təyinatından danışdı
Vladimir Putin Murad Musayevi təbrik etdi
"Arsenal"dan 5 illik müqavilə təklifi
ÇL finalından əvvəl o da səhnə alacaq
"Şamaxı" legioneri ilə yolları ayırdı