“Ronaldo artıq 3 ildir təkbətəkdə heç kimi aldada bilmir” – Kapello

“Ronaldo artıq 3 ildir təkbətəkdə heç kimi aldada bilmir” –  Kapello
DÜNYA FUTBOLU 11 Noyabr 2019 / 13:00 7085
-  A +

Məşhur italyan məşqçi Fabio Kapello “Yuventus”un futbolçusu Kriştiano Ronaldonun “Milan”la oyunda əvəzlənməsinə etiraz etməsinə münasibət bildirib.

Qol.az xəbər verir ki, 73 yaşlı mütəxəssis “Sky Sports”a açıqlamasında portuqaliyalı hücumçunun düzgün hərəkət etmədiyini deyib. O, Sarrinin düzgün qərar verdiyini qeyd edib:

“Ronaldonun etdiyi hərəkət doğru deyildi. O, artıq 3 ildir heç kəsi təkbətək dueldə aldada bilmir. Ronaldo yalnız cərimə meydançasında çempiondur. Baş məşqçi Ronaldonu komanda qalib gəlsin deyə əvəzləyib. O isə komanda yoldaşlarına hörmətsizlik etdi”.

Xatırladaq ki, matçın 55-ci dəqiqəsində Dibala ilə əvəzlənən Ronaldo Sarriyə etiraz əlaməti olaraq birbaşa paltardəyişmə otağıan gedib.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord