Ronaldodan Sarriyə növbəti etiraz - Video

Ronaldodan Sarriyə növbəti etiraz - <b style="color:red"> Video</b>
DÜNYA FUTBOLU 11 Noyabr 2019 / 10:24 4970
-  A +

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo İtaliya A Seriyasının 12-ci turunda “Milan”la görüşdə əvəzlənməsindən narazı qalıb.

Qol.az xəbər verir ki, matçın 55-ci dəqiqəsində baş məşqçi Mauritsio Sarri onu Paulo Dibala ilə əzəzləyib. Ronaldo meydanı tərk edərək, birbaşa paltardəyişmə otağına yollanıb.

Sarri oyundan sonra keçirilən mətbuat konfransında Ronaldonu əvəzləməsinin səbəbini belə izah edib: “Ronaldo dizindən zədə almışdı. Əsəbi və gərgin idi. Vəziyyəti yaxşı görünmürdü. Riskə getmədim və oyundan çıxardım”.

34 yaşlı forvard noyabrın 3-də  Çempionlar Liqasının qrup mərhələsinin "Lokomotiv"lə oyununda da əvəzlənərkən Sarrinin əlini sıxmamışdı.

Qeyd edək ki, “Milan”la görüşdə Ronaldonun əvəzinə meydana daxil olan Dibala 77-ci dəqiqədə komandasına qələbə qazandıran qolu vurub.



 

Daha çox


Son xəbərlər
10.12.19  12:40

80-ci qələbə