"Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Xayme Romero Azərbaycan Premyer Liqasının 11-ci turunda evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra Qol.az-ın müxbirinin də iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Çətin oyun oldu. Amma istənilən halda, nəticəni ədalətli saymaq olar. Düşünürəm ki, növbəti qarşılaşmalara köklənməliyik.
- Bu gün qalib gəlsəydiniz, ən yaxın izləyicinizlə xal fərqini xeyli artırmış olacaqdınız. Qələbəyə nə imkan vermədi?
- Başa düşürəm. Rəqib bizi yaxşı analiz etmişdi. Onlara hansı tərəfdən çətinlik yaradacağımızı, zərbə endirəcəyimizi öyrənmişdilər. Demək olar ki, bütün boşluqları bağlamışdılar. Ona görə də çətin oldu.
- Bəlkə, Premyer Liqada rəqabətsizlik sizi arxayınlaşdırmışdı ki, istədiyiniz vaxt qələbə qazana bilərsiniz?
- Bununla razılaşmıram. Hər bir futbolçumuz meydana qələbə üçün çıxır. Qalib gələndə əhval-ruhiyyə də yaxşı olur, özünü yaxşı hiss edirsən. Rəqibin oyununu da qeyd etmək lazımdır. Müdafiədə çox yaxşı oynadılar.
- "Qarabağ"da yeni olsanız da, komandaya çox yaxşı qoşulmuşdunuz. Sonra ard-arda zədələr gəldi. Nə baş verdi? Bəlkə, göz dəydi?
- Düzdür, razıyam. Amma zədələr futbolun bir hissəsidir, onsuz olmur. Kimsə arxadan gəlib, ayağına zərbə vurur, yıxılırsan, çiynin çıxır. Bunları nəzarətdə saxlamaq çox çətindir. Təbii ki, belə zədələr səbəbindən komandadan müəyyən vaxt uzaq qalırsan. Sonra yenidən qayıtmaq, əvvəlki formanı bərpa etmək zaman alır.
- Üç gün əvvələ qayıdaq. Nikosiyada nə baş verdi? Qalib gəldiyiniz oyunu əldən verdiniz. Həm də çox vacib bir matç idi.
- Onu qeyd edim ki, belə önəmli görüşlərdə qələbə qazanmağı daha çox istəyən bizik. Məğlub olduqda bunun əziyyətini də çəkən bizik. Vacib qarşılaşma olduğunu bilirdik. Standart vəziyyətlərdən iki qol buraxdıq. Vəziyyət göz qabağındadır. Təbii ki, bunu istəməzdim.
- Avroliqada növbəti oyunu həmyerlilərinizə qarşı keçirəcəksiniz. "Sevilya" ilə görüşdən gözləntiləriniz nədir?
- İstəyimiz təbii ki, qələbə qazanmaqdır. Əgər bu turnirdə iştirakımızı davam etdirmək istəyiriksə, qalib gəlməliyik.
- Bu mövsüm Avropa Liqasının qrup mərhələsində 4 görüşün 4-də də qələbə qazanan yeganə komanda "Sevilya"dır. Necə fikirləşirsiniz, "Qarabağ"ın taleyi rəqiblərdən asılıdır, yoxsa "Sevilya"dan?
- Ardıcıl 4 qələbə qazanıblarsa, bu o demək deyil ki, daim qalib gələcəklər. Nə vaxtsa bu qələbə seriyası qırılmalıdır. Ola bilər ki, bu növbəti oyunda olsun. Qeyd etdiyim kimi, oraya ancaq qələbə düşüncəsi ilə gedəcəyik.
Messi gələcəyi haqda
Ali Koç Ərdoğanın qəbulunda
"Qaradağ Lökbatan" "Bakı Sportinq"ə belə qalib gəldi - Video
Qrizmann gələcəyi ilə bağlı qərar verdi
Terimin qələbə seriyası qırıldı
"Difai"nin qələbəsindən - Video
"İnter" danışıqlara başladı, "Bavariya" da maraqlanır
ÇL-də həftənin rəmzi komandası açıqlandı
"Cəbrayıl"ın "Mingəçevir" üzərində qələbəsindən - Video
“Qarabağ”la “Fulhem”in U-15-lərinin oyunu keçirildi
Bu mövsüm Çempionlar Liqasında 100 milyon qazanıblar
"Cəbrayıl"dan qələbə, "Zaqatala" uduzdu
Türkiyə Superliqasında klub sayı azaldıldı
Müllerlə bu klub danışıq aparır
Neymar niyə ağladı? - Şəkil
"Real"da ÇL oyununa ən çox çıxan futbolçu oldu
"Sabah" “Mançester Siti” və “Rayo Valyekano” ilə qarşılaşdı
"Liverpul" Van Deyklə müqaviləni uzatdı - Rəsmi
Kadidən “Neftçi” ilə oyuna görə çağırış
"Qarabağ"ın sabiq hücumçusu bu kluba keçdi
Keyn: "İstənilən komandaya qalib gələ bilərik"
Martines "İnter"in tarixinə düşdü
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
Avrokubokların oyunları bu kanallarda
Ronaldonun rekordu qırıldı
Ançelottidən vidasayağı sözlər
"Arsenal"ın Madriddəki qələbəsi - Video