“Qarabağ”dan xal almaq qələbəyə bərabərdir" - Zaur Həşimov

 “Qarabağ”dan xal almaq qələbəyə bərabərdir" - <b style="color:red"> Zaur Həşimov</b>
ÖLKƏ FUTBOLU 10 Noyabr 2019 / 21:18 1733
-  A +

"Futbolçular yaxşı mübarizə apardı. “Qarabağ”dan xal almaq qələbəyə bərabərdir. Komandada özgüvəni gördüm".
 

Qol.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Premyer Liqanın 11-ci turunda "Qarabağ"la oyundan sonra mətbuat konfransında deyib.

O, 1:1 hesablı görüşü belə şərh edib: "Matça yaxşı köklənmişdik. Əsasən də müdafiədə yaxşı oynadıq. Qol epizodlarımız da oldu. Onların birindən istifadə edə bildik. Yaxşı nəticə qazandıq".
 

Z.Həşimov komandadakı zədəlilərin durumu ilə bağlı da danışıb: "Zədələr çoxdur. Elvin Camalov meydanda zədəli çıxmışdı. Tiqrudja, Xulyo zədəlidir. Fasilədə bir neçə futbolçumuz milliyə gedəcək. Ümid edirəm ki, sağlam qayıdacaqlar. Fasilə futbolçularımızın sağalması üçün yaxşı olacaq".
 

Daha çox


Son xəbərlər
14.12.19  13:57

Volkov və Alıyev

14.12.19  13:30

Roma Florenzini satır

13.12.19  22:53

"Traktor"dan qələbə