Quti baş məşqçi oldu

Quti baş məşqçi oldu
DÜNYA FUTBOLU 5 Noyabr 2019 / 13:23 4918
-  A +

"Real"ın və İspaniya millisinin sabiq üzvü Qutinin yeri iş yeri bəlli olub.

Qol.az xəbər verir ki, 42 yaşlı məşqçi "Almeria"nı çalışdıracaq. Bu barədə Sequnda təmsilçisinin rəsmi saytı məlumat yayıb. Ancaq müqavilə müddəti və digər detallar açıqlanmayıb.

“Almeriya” hazırda Sequndada 14 turdan sonra 24 xalla 2-cı sırada qərarlaşıb.

Qeyd edək ki, karyerası ərzində yalnız “Real” (1995-2010) və “Beşiktaş”da (2010-2011)  çıxış edən keçmiş yarımmüdafiəçi ötən ildən “Beşiktaş”da Şenol Günəşin köməkçisi kimi işləyirdi.

Son xəbərlər