Riçard Qadze “Zirə”yə qayıtdıqdan sonra ilk qolunu vurub.
Qol.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, o, bununla da klubun Premyer Liqadakı bombardirləri siyahısında 2-ci pillənin tək sahibi olub. Qanalı futbolçu bunu 11-ci qoluna imza atmaqla reallaşdırıb. Premyer Liqanın X turunun “Sumqayıt”la görüşündə (2:2) fərqlənən hücumçu bu qolla da hesabında 10 top olan Xulio Sezar Rodrigesi arxada qoyub. Riçard “Qartallar”ın çempionatdakı bombardirləri arasında yalnız Nelson Bonilladan geri qalır. Qanalını rekordçudan cəmi 3 top ayırır.
Qadze “Zirə”dəki son qolunu 2018-ci il mayın 12-də vurmuşdu. Həmin gün “Kəpəz”lə ev matçının (2:1) 42-ci dəqiqəsində fərqlənən aftikalı 540 gündən sonra “Qartallar”la qol sevinci yaşayıb.
“Sumqayıt”la qarşılaşmada vurulan digər topun müəllifi Mfo Kqasvane də mövsümdə ilk dəfə fərqlənib. 3-cü dəqiqədə hesabı açan legioner bununla da yubiley qeyd edib. O, Premyer Liqada 5-ci dəfə rəqib qapısına yol tapıb. Bu göstəricidə Viktor İqbekoyi, Təmkin Xəlilzadə, Elvin Məmmədov, Sadio Tounkara və Luis Alberto Diezə çatan botsvanalı bombardirlər siyahısında 8-13-cü yerlərə şərikdir. Lakin Mfo digərləri ilə müqayisədə daha az – cəmi 17 oyunda qol sayını 5-ə çatdırıb.
"Qalatasaray" zədəli futbolçuları ilə bağlı məlumat yaydı
“Mançester Yunayted” Balebanı transfer edə bilər
“Barselona”nın hücumçusu yenidən yaşıl meydanlara qayıdır
"Kəpəz" Azərbaycan millisinin sabiq qapıçısını transfer etdi
Klublar “Real”ın bu hücumçusu üçün yarışa girir
“Mançester Siti” almaniyalı gənc futbolçuya göz dikdi
Yüksək Liqada böyük hesablı qələbələr
“Monako” Poqbanın dönüşünü səbirsizliklə gözləyir
Arda Güler İngiltərə klubunun hədəfində
Azərbaycan yığması geridönüş etdi
Neymarın atası Pelenin brend hüquqlarını satın aldı
Toral və Elvinin durumu necədir?
"Qarabağ"da itki - 2-3 ay oynamayacaq
Güləşçimiz İslamiadanın finalında
"Qarabağ"ın uşaq formaları satışda!
Futbolumuzun Mikels qardaşları ilə - Reportaj
Benzema: "Peres qalsa, "Real"a qayıda bilərəm"
Tramp bu gün Ronaldo ilə görüşəcək
İspaniya - Türkiyə oyunu bu kanallarda
"Heç bir komanda qələbə qazanmağı bizdən çox istəməməlidir”
Keyn Peleni geridə qoydu