"Keşlə"nin futbolçusu Vüsal İsgəndərli Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Səbail"lə heç-heçə etdikləri görüşdən (0:0) sonra Qol.az-ın da müxbirinin iştirak etdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırıb:
- Çətin oyun olacağını bilirdik. Külək də bir tərəfdən maneçilik yaradırdı. "Səbail" 4 və ya 5 matçda xal itirməsinə baxmayaraq, yaxşı komandadır. Aramızdakı xal fərqini artırmaq istəyirdik. Sadəcə külək həqiqətən də həm rəqib komandaya, həm də bizə mane oldu. Amma buna da şükür. Uda bilmirsənsə, gərək, məğlub olmayasan.
- Bundan əvvəlki oyunlarda topla yaxşı oynayırdınız. Bu günkü matçda elə də alınmırdı. Küləyə görə idi, yoxsa başqa səbəblər vardı?
- Bizim əsasən, orta sahə oyunçularımız topla oynamağı sevən futbolçulardır. Ona görə də topla oynamaq yaxşı alınır. Bu gün topla rəftar etməyimizə konkret külək imkan vermədi. Ona görə çətinlik çəkirdik.
- Birinci hissədə küləyin istiqaməti rəqib qapısına idi. Amma bundan istifadə edə bilmədiniz.
- Külək rəqib qapısına tərəf olanda deyirlər ki, üstünlük bizdədir. Ancaq ötürmələrdə də külək topu aparırdı, çatmaq olmurdu. Üstünlüyümüz onda idi ki, gərək, qapıya zərbə vurardıq. Amma rəqib yaxşı müdafiə olunurdu. Zərbəyə, ötürməyə imkan vermirdilər.
- Çox epizodda Tərlan Əhmədov həm sənə, həm də başqalarına çox əsəbləşdirdi. Bir epizodda da "məni infarkt edəcəksiniz" dedi.
- Baş məşqçidir, o da streslidir. Keçən il sonuncu yeri tutmuşduq. Bu il isə qarşımıza şərt qoymuşuq. Ötən mövsüm etdiyimiz həqiqətən də səhv idi. Komandanı sonuncu pilləyə saldıq. İçəridə mən də, baş məşqçi də, hamımız vardır. İndi Tərlan Əhmədov da, futbolçular da istəyir ki, həmin günahı yusun. Ona görə də üzərimizdə təzyiq böyükdür. Sağ olsun, prezident tərəfindən də dəstək çoxdur. Sadəcə özümüz məsuliyyəti hiss edirik ki, buradan çıxmalıyıq.
- Tərlan Əhmədov oyundan sonra paltardəyişmə otağında da sərt şəkildə münasibət göstərdi?
- Xeyr. Bilmirəm ki, sizi necə inandırım. Sadəcə girib, təbrik etdi ki, yaxşı oynadınız. Hər oyun qalib gələ bilmərsən, əsas odur ki, uduzmamısan. Neçə qarşılaşmadır ki, məğlub olmuruq. Bu, o deməkdir ki, asan rəqib deyilik.
- Növbəti rəqibiniz "Neftçi" olacaq. Çempionluğa oynayan komandadır. Onları məğlub etmək nə dərəcədə real olacaq?
- Belə deyərdim ki, digər rəqiblərə necə hazırlaşırıqsa, "Neftçi" ilə görüşə də elə hazırlaşacağıq. Rəqibin "Neftçi" və ya "Qarabağ" olması fərq etmir. Əlbəttə, "Neftçi" də "Qarabağ" da yaxşı komandalardır. Sadəcə məqsədimiz böyük uğurlardırsa, böyük komandalarla oynamalısan. Yəni, heç bir problem yoxdur. İnşallah, stadion hazır olar. Sizə söz verirəm ki, həmin stadionda çox maraqlı oyun görəcəksiniz.
- Qalib gəlsəydiniz, hətta, "Neftçi"ni keçə bilərdiniz. Xallar eyni olsa da, 2-ci pilləyə yüksəlmə ehtimalınız vardı. Bu, növbəti oyuna qaldı?
- Qismətdir. Hər şey öz əlimizdədir. Yaxşı çalışmaq lazımdır. Kim nə deyir, desin, futbolda əziyyət çəkmədinsə, uğur qazanmaq mümkün deyil. Növbəti turda hədəfimiz, təbii ki, "Neftçi"yə qalib gəlməkdir.
"Napoli"dən xal itkisi
Millimizin üzvünün komandası uduzdu
Avropa çempionatında 3 "bürünc" şansı
"Araz-Naxçıvan" "Sumqayıt"ı belə üstələdi - Video
Vaqif Cavadovdan məğlubiyyət şərhi
ÇL-də 1/4 final oyunlarının hakimləri açıqlandı
Van Deyk: "Liverpul"la danışıqlarımda irəliləyiş var"
Ramil Şeydayev və Filip Ozobiçin qolları - Video
"Monteneqroya qələbə üçün gəlmişik" - Siyasət Əsgərov
"Mövsümün sonu gərgin keçəcək" - Ayxan Abbasov
"Qızıl top", yoxsa Çempionlar Liqası? - Mbappe seçdi
"Araz-Naxçıvan" - "Sumqayıt": Heyətlər
İvan Yuriç istefa verdi
"Real"ın 6 futbolçusu "Arsenal"la oyunu buraxacaq
“Neftçi”ni məğlub edə bilsək..." - Məqsəd İsayev
"Liverpul" 4 ildir belə uduzmurdu
"Bir neçə klub məni icarəyə götürmək istəyirdi" - Redon Cica
"Şamaxı" - "Neftçi": Heyətlər açıqlandı
Azərbaycanın cüdo millisi medal sayına görə birincidir
Ardıcıl 8-ci dəfə çempion oldular
"Araz-Naxçıvan"ın 5 futbolçusu "Sumqayıt"a qarşı oynamayacaq
"Sabah"ın legioneri üçün yubiley matçı
“Cərimə zərbələrinin üzərində daim işləyirəm” - Kadi
Rövşən Hüseynli millidən kənarlaşdırıldı
Leandronun 100-cü oyunu
Mourinyo: “Fənərbaxça”nın 35 milyon məşqçisi var”
Messinin qolu bir xal qazandırdı
Taliskadan möhtəşəm qol - Video
Fatih Terimin komandasından qələbə
"Fənərbaxça" "Trabzonspor"a 4 qol vurdu
Derbidə heç-heçə, "Çelsi"dən xal itkisi
Türklər qol ötürməsi verdi, "Benfika" qalib gəldi
“Qarabağ”ın Xankəndiyə səfəri nəzərdə tutulur
5 qol vuruldu, "Liverpul" uduzdu
Kadidən gözəl qol, Koxalskidən “qızıl qurtarış” - Video
"Qarabağ" "Zirə"ni, "Kəpəz" "Sabah"ı məğlub etdi
İngiltərə Premyer Liqasını tərk edəcəkləri rəsmiləşdi
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
Berezutski: “Elvin Camalov özünü çox qeyri-peşəkar apardı”
Tahir Gözel Zubiri mükafatlandırdı - Şəkillər
Azər Bağırov qələbəyə belə şərh verdi