La Liqada qol vurmadığı komanda qalmadı

La Liqada qol vurmadığı komanda qalmadı
DÜNYA FUTBOLU 30 Oktyabr 2019 / 17:00 3663
-  A +

İspaniya La Liqasının 11-ci turunda “Valyadolid”lə keçirilən oyun (5:1) “Barselona”nın hücumçusu Luis Suares üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, komandasının 5-ci qolunu vuran futbolçu, bununla da, La Liqada qarşılaşdığı bütün rəqiblərin qapısına yol tapmağı bacarıb.

Uruqvaylı futbolçu İspaniya çempionatında qarşılaşdığı 27 komandadan yalnız “Valyadolid”ə qol vura bilməmişdi.

Qeyd edək ki, 2014-cü ildə “Liverpul”dan “Barselona”ya transfer olunan Suares, bu mövsümd Kataloniya klubunun heyətində keçirdiyi 11 oyunda 8 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
20.08.25  17:03

"Yuventus"a qayıdır

20.08.25  14:23

"Roma"dan yeni transfer

20.08.25  09:21

Salahdan tarixi rekord