UEFA-dan Bolqarıstana irqçilik cəzası

UEFA-dan Bolqarıstana irqçilik cəzası
DÜNYA FUTBOLU 29 Oktyabr 2019 / 19:58 2411
-  A +

UEFA Bolqarıstan Futbol İttifaqını cəzalandırıb.

Qol.az qurumun saytına istinadən xəbər verir ki, buna Bolqarıstan millisinin Avro-2020-nin seçmə mərhələsində evdə İngiltərəyə uduzduqları görüşdə (0:6) yerli azarkeşlərin irqçi davranışları səbəb olub.

Fanatların bu hərəkətinə görə yığmaya 2 oyunu boş tribunalar qarşısında keçirmək cəzası verilib.

Bu oyunlardan biri şərtidir.  Qarşıdakı 5 il ərzində bolqar fanatlar yenə irqçilik nümayiş etdirsələr, həmin şərti cəza da tədbiq olunacaq.

UEFA baş verənlərlə əlaqədar Bolqarıstan Futbol Federasiyasını 75 min avro cərimə də edib.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda