Dünən axşam A seriyasında “Leççe” yə qarşı səfər matçında (1:1) “Yuventus”un hücumçusu Qonsalo İquain rəqib qapıçı Qabriellə toqquşma zamanı başından xəsarət alıb.
Qol.az xəbər verir ki, bu səbəbdən futbolçunun başına sarğı qoyulub. Buna baxmayaraq, o, meydana qayıdaraq sonadək oynayıb.
Matç başa çatdıqdan sonra isə argentnalı futbolçu tibbi müayinədən keçməsi üçün xəstəxanaya aparılıb.
"Yuventus"un baş məşqçisi Mauriso Sarri oyundan sonra keçirilən mətbuat konfransında deyib ki, İquanin başına tikiş qoyulub: "Onun halı özündədir və suallara cavab verə bilir. Düşünürəm ki, bizimlə Turinə qayıda biləcək". 
Mbappe "Real"a bu müdafiəçini tövsiyə etdi
Bissuma “Qalatasaray”a keçə bilər
İspaniya millisinin baş məşqçisi şoka düşüb
"Kəpəz"in futbolçusu əməliyyat olundu
Rafinya komandaya qayıtmağa hazırlaşır
PSJ-nin yarımmüdafiəçisi "Liverpul"un hədəfində
Messi hələ də “Barselona”ya azarkeşlik edir
İngiltərə millisində gözlənilməz dəyişiklik
Ronaldo: “Bu, mənim sonuncu mundialım olacaq”
“Ayaks" yeni baş məşqçisini tapdı
"Qaradağ Lökbatan" 7, "Şəmkir" 4 qolla qalib gəldi
Azərbaycan millisində ciddi itki