"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırdı

"Qəbələ" UEFA Gənclər Liqasında mübarizəni dayandırdı
ÖLKƏ FUTBOLU 24 Oktyabr 2019 / 15:52 4858
-  A +

“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında ikinci oyununa çıxıb.

Qol.az xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan Famil Xəlilovun komandası 1-ci mərhələnin cavab görüşündə Kiprin APOEL klubu ilə qarşılaşıb

Nikosiyada keçirilən ilk görüşdə 1:1 hesablı heç-heçə edən "qırmızı-qaralar" bu dəfə doğma meydanda uduzub - 0:1. Bununla da "Qəbələ" turnirdə mübarizəni dayandırıb.


 
24 oktyabr

UEFA Gənclər Liqası

1-ci mərhələ, cavab oyunu
 
14:00. “Qəbələ” (Azərbaycan) – APOEL (Kipr) - 0:1
Qol:
Satsias, 55
Hakimlər: Denis Şurman, Valentin Kutsev, Vladimir Korotin (hamısı Ukrayna).
Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan).
Qəbələ şəhər stadionu.
İlk oyun – 1:1.

Son xəbərlər
18.04.25  22:46

"Yamal Messi deyil"

18.04.25  11:52

Messi gələcəyi haqda