Ronaldoya ABŞ-dan 100 milyonluq təklif

Ronaldoya ABŞ-dan 100 milyonluq təklif
DÜNYA FUTBOLU 22 Oktyabr 2019 / 17:55 5415
-  A +

“Yuventus”un futbolçusu Kriştiano Ronaldoya ABŞ-dan maraqlı təklif gəlib.

Qol.az xəbər verir ki, ABŞ- şirkətlərindən biri portuqaliyalı hücumçunun instaqram hesabını icarəyə götürmək istəyir.

ABŞ mətbuatı şirkətin 1 illik icarəyə görə Ronaldoya 100 milyon avro təklif etdiyini və 34 yaşlı hücumçunun bu təklifi müsbət qarşıladığını yazıb.

Maraq üçün qeyd edək ki, 187 milyon izləyicisi olan Ronaldo son bir ildə  instaqramdakı reklamlarından 38,2 milyon funt-sterlinq gəlir əldə edib.

Son xəbərlər