Milli komandamızın hücumçusu Ramil Şeydayev müsahibə verib. "Dinamo"dakı hazırkı durumundan danışan futbolçu millimizin heyətində Macarıstana qarşı keçirdikləri seçmə mərhələ oyununa da toxunub.
- Dmitri Xoxlovun istefasından sonra komandanın sükanı arxasına müvəqqəti olaraq Kirill Novikov gətirildi. Yenə məşqçinin gəlişindən sonra kollektiv daxilində ab-hava necədir?
- Komandada atmosfer yaxşıdır, əhval-ruhiyyə yüksəkdir. Hamı bütün diqqətini öz işinə yönəldib. Yəni, hər şey qaydasındadır.
- Baş məşqçi dəyişikliyi ehtiyatda qalan futbolçu üçün yeni şans deməkdir. Açığı, Novikovun təyinatından sonra çoxları sənin "Krasnodar"a qarşı oyunda meydana çıxacağını gözləyirdi. Amma yeni çalışdırıcı sənə etimad göstərmədi...
- İndi belə şeylər haqda düşünmürəm. Çünki hələ qarşıda kifayət qədər oyun var. İnanıram ki, yenidən oynamaq şansı qazanacam.
- Ümumiyyətlə, baş məşqçi ilə ehtiyatda qalmağınız barədə danışmısınız?
- Xeyr, baş məşqçi ilə xüsusi söhbətimiz olmayıb.
- Çoxdandır, "Dinamo"da əsas heyətə düşə bilmirsən. Komandada sənə qarşı münasibət necədir?
- Digər futbolçular kimi, mənə qarşı da münasibət əladır. Bununla bağlı hər hansı problem yoxdur.
- Səncə, ehtiyatda qalmağının başlıca səbəbi nədir - yalnız qol vura bilməməyin, yoxsa...?
- Bilmirəm. Bunu baş məşqçidən soruşmaq lazımdır.
- "Dinamo" ilə gələn ilin yayına qədər müqavilən var, amma oynamırsan. Bu amil səni yeni komanda axtarmağa məcbur edir?
- Yox, hələ ki, heç nə axtarmıram. Bu haqda danışmaq çox tezdir. Bütün fikrim öz oyunumdadır. Yenidən əsas heyətə düşmək üçün əlimdən gələni edirəm.
- Yeganə futbolçusan ki, millinin Macarıstanla oyunundan sonra qeydə alınmayan qoldan, görüşün baş hakimi Dennis Hiqlerin qərarından yox, komandanın çıxışından danışdın, sərgilədiyiniz oyunu tənqid etdin...
- Göstərdiyimiz bərbad oyun məni bu cür danışmağa məcbur etdi. Bu qədər. Başqa səbəb axtarmaq lazım deyil.
- Maraqlıdır, həmin müsahibədən sonra AFFA-dan sənə nəsə deyən oldumu?
- Xeyr, heç nə olmadı (sportinfo.az).
Azərbaycan millisi 4-cü oldu
Reşford zədələndi
"Monako" Hütterlə yolları ayıra bilər
Millimiz gümüş medal qazandı - III MDB Oyunları
Azərbaycan millisi ilə oyunu buraxacaq
"Çelsi"nin kapitanı millinin heyətindən çıxarıldı
1-ci liqada oyunların vaxtı açıqlandı
Avarçəkmə yarışları başa çatdı - III MDB Oyunları
Azərbaycan millisi MDB Oyunlarında finala yüksəldi
“Oyunçularımıza inanıram” - Rəşad Eyyubov
“Napoli”nin yarımmüdafiəçisi İngiltərə klubunun hədəfində
Buffonun oğlu A seriyasında debüt etdi
Kannavaronun Özbəkistan millisinə təyinatı rəsmiləşdi
Rodri İspaniya millisinin heyətindən çıxarıldı
“Sabah”dan Mikelsin durumu ilə bağlı açıqlama
"Turan Tovuz"da yeni müqavilə
“Real”ın gənc oyunçusu “Marsel”ə keçə bilər
Ter Ştegen üçün İngiltərədən üç təklif