"Mançester Yunayted" "Liverpul"u dayandırdı

"Mançester Yunayted" "Liverpul"u dayandırdı
DÜNYA FUTBOLU 20 Oktyabr 2019 / 22:00 4643
-  A +

İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

Qol.az xəbər verir ki, turun mərkəzi görüşü bu gün olub. Səkkiz turun hamısında qalib gələn lider "Liverpul" səfərdə "Mançester Yunayted"lə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Bununla da Yurgen Kloppun komandası mövsümdə ilk xal itkisi ilə üzləşib.


"Mançester Yunayted" – "Liverpul" - 1:1
Qol
: Reşford, 36 (1:0), Lallana, 85 (1:1)

Qeyd edək ki, lider "Liverpul"un 25 xalı var. "Mançester Siti" 19 xalla 2-cidir. Uğursuz mövsüm keçirən "Mançester Yunayted" isə 10 xalla 13-cü pillədə qərarlaşıb.

Son xəbərlər