"Fasilədən sonra ilk oyunumuzda qalib gəlmək istəyirdik. Amma alınmadı. Hər halda xalımızın üstünə bir xal gəldi. Daha dəqiq oynamağa çalışmalı idik. Hər halda futbolçularımdan razı qaldım. 7 qələbədən sonra deməzdim oyuna ciddi hazılaşmamışdılar, amma görmədiyimiz anlar ola bilsin var idi. "Qəbələ" son turlar istəkli çıxış edirdi. Rəqibi təbrik edirəm".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə eyniadlı komanda ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VIII tur matçından sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis oyuna aqressiv başlamamalarından şikayətlənib: "İlk dəqiqələrdən diqqətsiz oynadıq. Cərimə meydançamıza girməyə diqqətsiz qaldıq. Narazı qalmağımız istədiyimiz templə başlamamağımız oldu. Elə oyunlar var ki, futbolçuları qınamaq mümkün olmur. Uzun müddət qələbə seriyası yaxalayan komanda elə gözlənilməz anda xal itirir. Oyunçu nə qədər özünü motivasiya etsə də, daxili arxayınlıq onu matça kökləməyə mane olur. Bəzən belə xal itkilərinin də komandaya qələbədən çox xeyri olur".
Qurbanov yüksək sürətlə avtomobil idarə etməsini sosial şəbəkədə paylaşdığı üçün Araz Abdullayevi cəzalandırdığını bildirib: "Bu barədə geniş açıqlama verməyə ehtiyac yoxdur. Belə şeylərə ciddi önəm veririk. Klubumuzun qaydaları var. İstirahəti də, həzzi də özümüz üçün yaşamalıyıq. Hər bir futbolçunun başına gələn işdir. Sadəcə, cəzalar fərqli olur. Araza da belə cəza tətbiq etdik. Dərindən düşünsək, maşını bir az sürətli sürüb. Biz cəmiyyət üçün belə hərəkətlər etməli deyilik. Arazda islah çox olub. Onun düşünmədən belə hərəkətlərini görmüşük. O və Elvin Yunuszadə bəxtsiz futbolçulardandır. Dünyada da heç nədən problemlər yaradan futbolçular var. İstərdim ki, biz futbol oynadığımız dönəmdə daha çox futbolu düşünək".
Baş məşqçi oktyabrın 24-də Bakıda Kipr APOEL-i ilə keçirəcəkləri matça son oyun prizmasından yanaşmamalarının gərəkliyini diqqətə çatdırıb. Onun fikrincə, belə yanaşma ilə problem yaşaya bilərlər: "Düdelanj"la oyundan əvvəl də demişdim ki, hər şey son turda bilinəcək. Matça daha düzgün yanaşmalı və düzgün oyun qurmalıyıq".
Təcrübəli mütəxəssis zədəli Mahir Emrelinin durumundakı irəliləyişlərdən də danışıb: "Mahirin vəziyyəti yaxşılığa doğru gedir. Ötən gün topla azacıq da məşq etdi. Ən azı sonradan oyuna daxil olma ehtimalı var" (Report).
“Bu nəticə gözlənilməz oldu” - Saşa İliç
“Turan Tovuz” 3 xalı 3 qolla qazandı - Video
“Qarabağ” evdə, “Turan Tovuz” səfərdə qalib gəldi
“Qarabağ” “Kəpəz”i minimal hesabla məğlub etdi – 1:0 - Video
Maykl Olise üçün 100 milyon avroluq təklif
“3 xal önəmli idi” - Qurban Qurbanov
“Sumqayıt” - “Turan Tovuz”: Heyətlər
“Biz bilmirik, Yamal nə vaxt qayıdacaq”
Mixal Bilek: “Azərbaycan millisi çox müdafiə olunacaq”
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
AFFA U-21 millisinə baş məşqçi təyin etdi - Rəsmi
"Qarabağ" - "Kəpəz": Heyətlər
“Mançester Yunayted”dən Amorim qərarı
Mahir Emreli yenə heyətdən kənardadır
"Araz-Naxçıvan"ın futbolçusu Moldova millisində
Azərbaycan boksçusu Avropa çempionatının 1/4 finalında
Xavinin DÇ-2026 üçün favoritləri
"İnanıram ki, orada penalti var idi" - Brahim Konate
Amorim: "Hamı üçün əlçatmaz olan səviyyəyə yüksələcəyik"
Dünyanın 2-ci ən bahalı oyunçusu “Barselona”nın hədəfində
“Görsünlər ki, Azərbaycanda futbol da var, futbolçu da”
“Benfika”nın başı üzərini qara buludlar alıb - İndi də…
"Mançester Siti" onunla müqaviləni uzatdı
“Trabzonspor”dan darmadağın - Video
Rüfət Abdullazadə bir hissə oynadı
“Cəbrayıl” 3 xalı 4 qolla qazandı - Video
Azərbaycan medal sıralamasında gerilədi - III MDB Oyunları
“Barselona” Yamalsız qaldı
“Zirə” və “Neftçi”dən dramatik bərabərlik – 2:2 - VİDEO
Rəşad Sadıqov “Neftçi” ilə oyundan danışdı
“Hakim görünməyən VAR-dan penalti çıxardı” - Samir Abasov
Zirədə dramatik sonluq, “Araz Naxçıvan”dan qələbə
“Araz-Naxçıvan” “İmişli”yə belə qalib gəldi - Video
Elmar Baxşıyev: “Zamanla daha güclü olacağıq”
“İmişli”nin baş məşqçisindən məğlubiyyətə şərh
“Zirə” - “Neftçi” - Heyətlər
Tuhel: “O futbolçularla şəxsi problemim yoxdur”
"Tottenhem" Bentankurla müqaviləni uzatdı