Messi 6-cı dəfə "Qızıl buts"u qazandı

Messi 6-cı dəfə "Qızıl buts"u qazandı
DÜNYA FUTBOLU 16 Oktyabr 2019 / 17:18 4823
-  A +

"Barselona" və Argentina millisinin kapitanı Lionel Messi karyerası ərzində 6-cı dəfə "Qızıl buts" mükafatını qazanıb.

Qol.az xəbər verir ki, 32 yaşlı hücumçu bu mükafata La Liqanın 2018-19 mövsümündə vurduğu 36 qola görə layiq görülüb. O, qeyd edilən nominasiyada PSJ-nin hücumçusu Kilian Mbappeni qabaqlamağı bacarıb. Mbappe ötən mövsüm Fransa çempionatında 33 qolla yadda qalıb.

Qeyd edək ki, Messi bu mükafatı 6 dəfə qazanmağı bacaran yeganə oyunçudur.

Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq